Psixoloji cəhətdən sizi güclü edəcək 5 VƏRDİŞ
Aile.fenomen.az saytı maraqlı psixoloji məsləhətləri sizinlə bölüşməyə davam edir.
Hər insan daha güclü və daha dözümlü olmaq üçün can atır.Həyat bəzən bizim qarşımıza elə şeylər çıxarır ki, belə vəziyyətlərdən çıxış yolu yalnız bizim özümüzün güclü olmağımızdır.Və bu da hər kəsin öz əlindədir.
Beləliklə, gəlin baxaq görək güclü ola bilməyimiz üçün nə edə bilərik.Sizin daha güclü və dözümlü ola bilməniz üçün bu 5 vərdişlə sizi də tanış edirik.
- Hər zaman pozitiv düşünməyi vərdiş halına gətirmək.
Bir çox insanlarda bu cür düşüncə tükəndiyi üçün onlar artıq bütün dünyanı ağ – qara rəngdə görürlər.Əslində pozitiv düşünmək heç də ətrafda olan pis hadisələrə göz yummaq, hər hansı bir uydurulmuş xəyal dünyasında yaşamaq və bütün həqiqətlərdən tədric olunmaq demək deyil.Sadəcə optimist olan şəxslər hər baş verən hadisədə pis olsa belə, orada yaxşı bir tərəfini tapıb onu görməyə çalışır, yəni büdrədiyi zaman yıxılmağı deyil, yenidən ayağa durmağı üstün tutur və əlbəttə ki, hər zaman dünyanın gözəl və əyləncəli olmasına inanırlar.
- Emosiyaları kənara atmaq vərdişi.
Bu yalnız mənfi emosiyalara aid deyil.Arada bir pozitiv düşüncələri də yeniləmək lazımdır, bu daha dözümlü olmağa kömək eir.Heç vaxt öz emosiyalarınızdan utanmayın, onlara azadlıq verin, belə olan təqdirdə onlar artıq sizin həyatı idarə etməyəcəklər.Lakin, unutmayın hisslərinizi və emosiyalarınızı boğmağa çalışsanız və onları aydın etmək deyil, əvəzində tapdalamaq istəsəniz onlar get – gedə sizi daxildən yeməyə çalışacaqş
- Bağışlamağı vərdiş etmək.
Kiməsə qarşı olan inciklik hissi kimi bizi həm emosional, həm də energetik cəhətdən yeyib bitirən ikinci hiss yoxdur.İnciklik hissini ürəyinizdə saxladığınız müddətdə o sizi bütün formada gücdən salır və enerjiniz bitir.Ona görə də gücünüzün yerinə qayıtmağını istəyirsinizsə, ilk olaraq bağışlamaq hissini özünüzdə formalaşdırın.Birinci növbədə isə keçmişdə etdiyiniz hər hansı bir səhv üçün özünüzü bağışlamağı bacarın.Əmin olun ki, bu vərdişdən sonra sizin güc və dözüm balansınız artacaq.
- " YOX " deməyi bacara bilmək hissi.
Öz bilik və bacarıqlarının fərqində olmaq oz daxili gücünü nə səviyyədə bilmək deməkdir.Bəzən insanlarda özgüvən hissinin az olması nəticəsində onlar hər hansı bir hadisəyə yox deməyə çəkinirlər.Bunun səbəbi isə onları kimlərinsə rədd edəcəyini düşünmələridir.Əslində isə tam əksinə, haqqlı olaraq yox deməyi bacaran insanlara həm kənar tərəfdən hörmətlə yanaşılır və ona yeni fikrin bilicisi kimi münasibət göstərilir və bundan da başqa, ən önəmlisi isə insan bu hərəkətindən sonra özünə olan inamı bərpa olunaraq həmin şəxsdə güc və qüvvə əmələ gəlir.
- İnkişaf etmək vərdişi.
Hər kəsin bildiyi kimi psixoloji cəhətdən güclü və dözümlü insanların sayı çox azdır.Psixoloji cəhətdən inkişaf etmək isə hər bir fərdin özündən asılıdır.İnkişaf – daxili güc, səbr və dözümün mənbəyidir.Bunun üçün isə ictimai həyat fəaliyyətində aktiv olmaq və çoxlu kitab oxumaq lazımdır.