Öz əhval - ruhiyyəmizi necə qaldıra bilərik ? Psixoloq məsləhəti
Aile.fenomen.az saytı sizinlə maraqlı xəbər bölüşür.
Hətta ən optmist insalarda belə pis əhval – ruhiyyə böhranları baş verə bilər.Bu proses əsasən qış və payız mövsümündə daha çox baş verir.Buna səbəb isə gün saatının qısalması, soyuqların yavaş – yavaş düşməsi və bədəndə mövsümə uyğun olaraq vitamin çatışmazlığının yaranmasıdır.Lakin bu səbəblər o demək deyil ki, biz mövcud vəziyyətlə barışmalıyıq və belə gözləməliyik.
Gücün tükənməsi və pis əhval - ruhiyyəli vəziyyətdən çıxmaq üçün psixoloqların bir sıra reseptləri var.Bu məsləhətlər sizə optimist, xoşbəxt və həmişə gözəl əhvalda qalmağa kömək edəcək.
İlk və ən vacib məsləhət budur ki, pis əhvalın sizi öz ağuşuna almasına imkan verməyəsiniz və onu qaldırmaq üçün maksimum çalışasınız.Daha sonra isə bu yöndə hərəkətə keçmək olar.Bu fərdi seçimə və şəxsinizə bağlıdır.Çünki hər kəsin maraq və istəkləri, temperament və xarakteri fərqlidir.
Əgər siz temperamentcə aktiv və enerjili insansınızsa sizə yaxşıca silkələnmək və əlbəttə ki, evdən bayıra çıxmaq lazımdır.Onlar həyətə və parka düşməli və yaxud da idmanla məşğul olmağa başlamalıdırlar.Məsələn, nəsə fərqli bir şeylə məşğul olmaq istəyirsinizsə siz rolik, velosiped sürmə yaxud da üzgüçülüklə məşğul ola bilərsiniz.Əgər qış mövsümüdürsə, qartopu oynamaq əvəzsiz məşğuliyyətdir.
Əhvalı qaldırmağın üsulları oğurdan da çox genişdir.Bunlardan bir neçəsi ilə sizi də tanış edək.Məsələn bu sadaladıqlarımızı etsəniz əmin olun ki, bu məşğuliyyətlərdən heç olmasa biri sizə kömək edəcək.Evinizdə təmizlik edin, sevdiyiniz şən musiqiyə qulaq asın, şirniyyatla özünüzü sevindirin, dost və ya rəfiqənizlə görüşüb söhbət edin, sevdiyiniz bir işlə məşğul olun, şoppinqə çıxın, özünüzə fikir verin, imicinizi dəyişməyə çalışın, xəyallar qurun, yarımçıq qalan işlərinizi bitirməyə çalışın.
Unutmayın əhval – ruhiyyənizi qaldırmaq istəyirsinizsə, sizə ilk lazım olan şey sadəcə evdən çölə çıxmaqdır!