Xarizmanızı inkişaf etdirəcək 6 məsləhət
Aile.fenomen.az saytı bu məsləhəti sizinlə bölüşəcək. Bəzi insanlar elə cazibəyə malikdirlər ki, onlar hər kəsin diqqətini öz üzərlərinə çəkmək iqtidarındadırlar.Bu nə görünüşdən, nə yaşdan, nə də ki sosial vəziyyətdən asılı deyil.Bütün iş xarizmadadır.
Xarizma – izahsız və səbəbsiz şəkildə hər kəsin diqqətini öz üzərinə çəkə bilmək bacarağıdır.Deyilənə görə, bu həmin kəsə verilmiş bir nemətdir.Lakin, digər tərəfdən əgər buna lazımi qədər çalışarsa hər kəs xarizmatik ola bilər.Xarizmanı necə inkişaf etdirmək olar?
- Özünüzə inamlı olun
Bu keyfiyyətiniz ətrafınızda olan insanlara sizin var olduğunuzu bildirəcək.Əgər siz özünüzə inamlı olsanız bu keyfiyyətiniz ətrafdakı insanların da sizi belə qəbul etməsinə zəmin yaradacaq.Çünki hər kəs öz hərəkətlərinə inamsızlıq, qeyri - əminliklə yanaşan biri ilə deyil, əksinə, özünə inamı və güvəni çox olan biri ilə ünsiyyətdə olmağı üstün tutar.Unutmayın, özgüvən özünü qiymətləndirmədən irəli gəlir.Özünüzü və ətrafınızi sevin.
- Ünsiyyətdə olarkən lazımi aktivlikdə olmağa çalışın
Ünsiyyətdə olduğunuz şəxsə onun söhbətinin sizə maraqlı olduğunu hiss etdirin.Bunun üçün söhbət etdiyiniz şəxsə diqqətlə qulaq asmaq və ona suallar vermək lazımdır.Çünki hər kəs layiq olduğu diqqəti qarşı tərəfdən görmək istəyir.Səmimi şəkildə insanları onların gördüyü işə uyğun olaraq tərifləyin.Lakin ünsiyyətdə olduğunuz insanla söhbətinizi ifrat şəkildə sual – cavab formasına çevirməyin.Çalışın ki ünsiyyətə sizin də diqqətinizdə və marağınızda olan mövzuları qatasınız.Beləliklə siz çox yaxşı həmsöhbət ola biləcəksiniz.
- Maraqlı biri olmağa çalışın
Hər gün özünüz üçün yeniliklər kəşf edin.Belə olan təqdirdə sizin fikirləriniz həmişə fərqli, qeyri – adi və maraqlı olacaq və sizə bu fikirlərinizi bölüşmək xoş olacaq.Müxtəlif dillər öyrənməyə, hər hansısa maraqlı bir işlə məşğul olmağa və fərqli hobbinizin olmasına çalışın.Ümumi kütlədən fərqli biri olmağa çalışın, bu zaman siz əhatənizdəkiləri özünüzə maqnit kimi çəkəcəksiniz.
- Yumor hissinizi qaldırın
Yəqin ki, xarizmatik insanların öz ətrafını həmişə gülümsədə bilmək bacarığının olduğuna diqqət etmisiniz.Gülüş insana qarşısındakı insan haqqında müsbət emosiyada olmasına kömək edir.Gülməyi sevin və hətta özünüzə belə gülməyi bacarın.Lakin unutmayın ki, hər şey kimi gülüş də öz norma və sərhəd daxilində olmalıdır.
- Özünüzə diqqət edin
Jest və mimikanıza, gəzişinizə və danışığınıza diqqət edin.Xarizmalı insanlar danışıqdan çox öz bədən dilindən istifadə edirlər.Güzgü qarşısında öz hərəkətlərinizi edin və güzgüdə bir daha özünüzə baxın.Lakin bunuda unutmayın ki, hər insan geyimi ilə qarşılanır və ağlına görə yola salınır.
- Başqa insanları hiss edə bilmək bacarığını inkişaf etdirin
Xarizmalı insan ətrafında olan insanların həmin an necə əhval – ruhiyyədə olduğunu hiss edə bilir.Elə məhz bu bacarığı onu ümumi kütlədən ayırır.Xoş təəssürat yaratmaq üçün siz qarşınızda olan insanın söhbət "dalğasına” qoşulmalısınız.Qarşınızdakı şəxsə onu əhvalının necə olmasının sizə önəmli olduğunu hiss etdirin.Ətrafdakılara öz müsbət emosiyalarınızı göstərin və onları da buna kökləyin.Əgər hər kəs sizin yanınızad özünü isti abu – havada hiss etsə, o zaman onlar özləri sizin yanınızda olmaq üçün can atcaqlar.
Büten bu məsləhətlər sizin xarizmalı biri olmanıza kömək göstərəcəkdir.