CAVAN VƏ GÖZƏL GÖRÜNMƏK ÜÇÜN 9 MƏSLƏHƏT

loading...


             

 

          

 

Ailə.fenomen.az saytı sizinlə yaş əleyhinə 9 əsas məsləhətləri ilə bölüşür.

Biz hər birimiz bir gün qocalacağıq, bu bəşəriyyətin qanunudur.Lakin məhz elə indi siz  həyat tərzinizi dəyişməklə daha cavan və daha gözəl görsənə bilərsiniz. Bu yaş əleyhinə məsləhətlərimizlə tanış olun.

  1. Hərəkət və aktivlik.  Hər zaman özünüzü formada saxlamağa çalışın.Bədən tonusunun yüksək olması – sağlamlıq və gəncliyin zəminidir.Tədqiqatlar göstərir ki, gündəlik  piyada gəzmək ( həftədə bir neçə dəfə də kifayət edir ) gələcəkdə daha gənc və daha gözəl görünmək üçün çox vacib amildir.Həmçinin bunlarla yanaşı öz çəkinizə də diqqət edin, çünki piylənmə yalnız sizin görünüşünüz üçün deyil, həmçinin sağlamlığınız və ümumi həyat quruluşunuza da öz mənfi təsirini göstərir.
  2. Dərinizə qulluq edin.  Piqment ləkələri – qocalmanın ən üzdə olan və eybəcər əlamətlərindəndir.Öz dərinizi xüsusilə də günəşin zərərli şüalarından qorumağa çalışın.Onun müdafəsində müxtəlif xüsusi vasitələrdən, krem və maskalardan istifadə edin.
  3. Qidalanmanızda balıq və balıq məhsullarına üstünlük verin. Hər birimizin bildiyi kimi balıq müxtəlif yağ və vitaminlərlə zəngindir.Balıq ətində olan ən vacib yağ və vitamin isə Omeqa 3 adlandirilan yağdır.Bu yağ da insanın bütün ümumi orqanizminə çox xeyirlidir, xüsusilə də ürək – qan – damar sistemində.
  4. Hər üsulda çalışın ki, təbii vasitələrdən istifadə edəsiniz. Məsələn, əgər siz çayla nəmləndirilmiş çay paketlərini 15 dəqiqəlik gözlərinizin üstünə qoysanız o zaman gözlərinizin yorğunluğu azalacaq və göz altındakı qara dairələr yoxa çıxacaq.
  5. Qırışlara əlvida deyin. Dərinin nəmləndirilməsi – qırışlarla mübarizədə ən təsirli üsuldur.Günəş altında olarkən gün eynəklərindən istifadə edin, dərinin nəmləndirilməsi üçün krem və maskalardan istifadə edin və dərinizi ultrabənövşəyi şüalardan maksimum qorumağa çalışın.
  6. Siqaretdən uzaq durun. Məlum olduğu kimi siqaret çəkən insanlar olduqları yaşdan çox yaşlı görsənirlər.Siqaretdə onun tüstüsündə olan zərərli maddələr yalnız dəriyə deyil, saç və dişlərə də öz pis təsirini göstərir.
  7. Vitaminlər qəbul edin.  Sağlamlığımız üçün vitaminlər çox önəmlidir.Xüsusilə də E, C və Avitaminləri dərimizin cavan qalmasına və immun sistemimizə əvəzsizdir.
  8. İdmanla məşğul olun. Həftədə ən az 2 dəfə idmanla məşğul olmağa çalışın.Bu yalnız sizin görünüşünüz üçün deyil, həmçinin sağlamlığınıza öz gözəl təsirini edəcək.Belə ki, idmanla məşğul olduğunuz vaxt əzələləriniz açılır və qan damar sisteminizin işi sürətlənir.
  9. Əhval – ruhiyyənizi yüksək tutmağa çalışın. Həm qoca yaşınızda həm də gənc olarkən çalışın ki, əhval – ruhiyyəniz yüksək olsun.       Qocalıq – dünyanın sonu deyil, bunu unutmayın.Hətta bu yaşda da siz özünüz üçün yeni maraq və əyləncələr kəşf edə bilərsiniz.Alimlərin araşdırmasına görə, qocalığına bədbin fikirlə yanaşan insanların bir çoxu yaşlandığı zaman ürək xəstəlikləri ilə daha çox rastlaşırlar.

Yadda saxlamaq lazımdır ki, yaş yalnız rəqəmlərdən ibarətdir, çünkibiz özümüzü hansı yaşda hiss ediriksə elə o yaşdayıq !

 

       

loading...
Oxşar xəbərlər