Sinəni əməliyyatsiz olaraq böyütmək və daha gözəl etmək mümkündür
Təəssüf ki, sinəni yalnız cərrahi üsullarla əhəmiyyətli dərəcədə böyütmək mümkündür. Lakin bəzi vasitələrin köməyi ilə sinəni bir qədər qaldırmaq, vizual olaraq böyütmək və daha gözəl etmək mümkündür. 1. Xüsusi kremlər Bu kremlər iki qrupa bölünür: tərkibində hormonlar olan və tərkibində hormonlar olmayan kremlər. Belə kremlər xüsusi komponentlərin köməyi ilə yüngül liftinq effekt verir - sinə qalxır, sinənin dərisi hamarlanır, daha dartılmış olur. Lakin tərkibində hormonlar (fitoestrogenlər) olan kremlərlə ehtiyatlı olmaq lazımdır. Onlardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Belə kremlər sağlamlığa ziyan vura bilər. Mənşəsi bilinməyən kremlərdən istifadə etməyin. Bu sağlamlığınız üçün ziyanlıdır. 2. Kontrast duş Konrtast duş (soyuq və ilıq suyun növbələşməsi) sinədə qan dövranını yaxşılaşdırır, sinə və dekolte nahiyəsinin dərisinin vəziyyətini yaxşılaşdırır. Həmçinin belə duş massaj effekti verir. 3. Xüsusi idman hərəkətləri Sinə piy və birləşdirici toxumadan ibarətdir, orada əzələ yoxdur. Lakin sinəni əhatə edən əzələləri xüsusi hərəkətlərin köməyi ilə möhkəmləndikdə sinə qalxır və vizual olaraq daha böyük görünür. (saglamolun.az)
4. Massaj Massaj qan dövranını yaxşılaşdırır, əzələləri möhkəmləndirir, dərini daha elastik və cavan edir. Sinəni massaj etdikdə ehtiyatlı olun, bütün hərəkətlər çox yüngül olmalıdır. Sinə travmaları (sıxılma, zərbə) gələcəkdə çox ağır nəticələrə o cümlədən süd vəzi xərçənginə gətirib çıxarda bilər. 5. Düz qamət Qamətin düz olması kiçik sinəni daha böyük göstərə bilər. Hər zaman qamətinizə fikir verin. 6. Push-up büsthalterlər Belə büsthalterlər sinəni xeyli böyük göstərir. Lakin nəzərə almaq lazımdır ki, belə büsthalterləri daim taxmaq və xüsusilə də belə büsthalterlərdə yatmaq olmaz.