Vitaminlər və Qida əlavələri lazımlıdırmı ?
Aile.fenomen.az saytı sağlamlığınızla bağlı maraqlı xəbər bölüşür.
Demək olar ki, gündəlik həyatımızda hər addım başı müxtəlif vitamin və qida əlavələrinin reklamları ilə rastlaşırıq.Bu cür əlavələri fərqli yerlərdən əldə etmək olar, hər hansı bir açıq tipli satış yerlərindən tutmuş, əczaxanalara kimi.Qarşımıza belə bir sual çıxır – həqiqətən də vitamin həblərini qəbul etmək lazımdırmı ?
Qəbul etdiyiniz həblərin doza miqdarı həddi aşarsa bu çox təhlükəli ola bilər.
Vitaminlər – təəssüf ki, bizim bədənimizin istehsal edə bilməyəcəyi orqanik kimyəbi brləşmələrdir.Həmçinin bədənin düzgün inkişafı üçün vitaminlər əvəzsizdir.Bir qayda olaraq biz yediyimiz qialardan bir sıra vitaminlər alırıq, lakin bizim həyati aktivliyimizin yüksək olması, idmanla məşğul olarkən çox enerji sərfi, bəzilərimizin siqaret çəkmək və spirtli içki qəbul etmək kimi pis vərdişlərimizin olması nəticəsində yalnız qidalanma vasitəsilə aldığımız vitaminlər bizə kifayət etmir.Süni şəkildə qəbul etdiyiniz vitaminləri çalışın ki, il boyu qəbul etməyəsiniz.Çünki bu daimi şəkildə baş verdiyi zaman bədən artıq təbii qidadan lazımi qidaları ala bilmə bacarığını get – gedə zəiflədir.
Təbii yolla alımış həblər bədəndə daha yaxşı həll olunur.
Əczaxanalarda əldə edə biləcəyimiz vitamin preparatları labaratoriyalarda istehsal olunur.Tərkibi nə qədər zəngin olursa olsun bu sintetik preparatlar meyvə və tərəvəzin tərkibindəki vitaminləri əvəz edə bilməz.Bu təbii ərzaqlarda olan vitaminlər bədəndə də çox yaxşı və sürətli həll ola bilir. Xüsusilə də çalışın ki, beyetişən bu lə qidaları hər birini öz mövsümündə qəbul edəsiniz, çünki bədəniniz onu daha rahat qəbul edə biləcək.Məsələn qış mövsümündəsinizsə, təbii yolla C vitamini almaq üçün çuğundur, yerkökü, cəfəri,eləcə də hər hansı bir donurulmuş və ya konservləşdirilmiş tərəvəzlərdən istifadə edə bilərsiniz.
Vitamin çatışmazlığı artıq çəkiyə də səbəb ola bilər.
Bədənimiz viatamin çatışmazlığı yaşadığı an sanki bu vitaminləri əvəz edə bilmək üçün daha çox yemək tələb etməyə başlayır.Bunu bilmək lazımdır ki, bədəndə lazımi vitaminlərin lazımi qədər olmaması daimi aclığa və bir qayda olaraq nə isə bir şey yemək istəyinə səbəb olur.Bütün bu pis vərdişlər nəticəsində bədəndə həddən artıq lazımsız yağlar, zülallar və karbohidratlar yığılmaöa başlayır.Nəticədə isə bədəndə belə lazımsız " vitaminlər " yığılaraq artıq çəkini yaradır.Əgər müəyyən qidaları qida rasionumuzda miqdarını azaltsaq bunun müəyyən qədər qarşısını ala bilərik.Məsələn, un və un məmulatları,müxtəlif şirniyyatlar, düyü, şəkər tozu, qənd, hazır vermeşel və makaronlar, fast food yeməkləri.
Unutmaq olmaz ki, hər qəbul edilən vitamin və qida əlavəsi müləq şəkildə həkimlə məsləhələşdikdən sonra olmalıdır.