ƏGƏR hər şey PİS GEDİRSƏ neyləmək lazımdır ?
loading...
Aile.fenomen.az saytı hər kəsin həyatında baş verən bu psixoloji durumdan çıxma üsulları ilə sizi də tanış edəcək.
Əgər həyatınızda hər şeyin pis getdiyini düşünürsünüzsə o zaman sizinlə bir neçə məsləhətimizi bölüşürük.
- Yadda saxlayın yaşadığı həyat tərzini hər kəs dəyişə bilər.Bunun üçün yalnız istək və arzu lazımdır.Həyat tərzinizi dəyişmək isə ilk olaraq, beyin və düşüncələrdən başlayır.Əgər siz bir qayda olaraq, hər zaman pis nə isə haqqında düşünsəniz siz bu düşüncəni öz həyatınıza təlqin etmiş olacaqsınız.
- Bir anlıq olaraq həyatınızın bütünlüklə qaranlıq olmasını, həyatınızda hər şeyin pis getdiyini, uşaqlarınızın həddindən artıq dəcəl və sozə qulaq asmayan olmasını, ərinizin spirtli içki aludəçisi olmasını ( xanımlar üçün ) , işdə müdirinizin çox kobud və pis insan olmasını təsəvvür edin.Bu halda isə ağıla gələn budur ki, axı bu vəziyyətdə görə biləcəyiniz müsbət tərəf hansıdır ?Belə düşüncələrlə isə siz şüuraltı olaraq problemləri özünüzə maqnit kimi çəkirsiniz. Çalışın ki, həyatda nikbin biri olasınız, belə olan təqdirdə proses nəticəsində bədbinliklər də sizdən uzaqlaşacaq.
- Bu gün televizorda hansı veriliş və xəbərlərə baxdığınızı yada salın.Əgər baxdığınız xəbər, veriliş və filmlərdə ancaq bədbin şeylər göstərilirsə, məsələn, hər hansı bir böhran, cinayət, qəza, sui – qəsd , o zaman özünüzü artıq sizə yük olacaq mənfi emosiyalarla yükləməyin.Çünki bunun heç bir əhəmiyyəti də yoxdur.Axı biz heç birimiz onsuz da dünyanın qurluşunu dəyişmək iqtidarında deyilik.Bu boş vaxt sərfiyyatını unudun və qızıldan da dəyərli vaxtınızı öz daxili dünyanızı rəngləndirməyə sərf edin.
- Bugünke gündə edilən ən böyük yanlışlardan biri də insanların olan problemlərini hər hansı bir pis vərdişlərlə ( spirtli içki və siqaret çəkməklə ) unutmaq istəmələridir.Bu ən yanlış fikirdir.Belə yolu seçdiyiniz halda, unutmayın ki, onsuzda olan problemləriniz yerində də qalır.Siz etdiyiniz pis vərdişlərlə sadəcə olan problemlərin üst – üstə yığılmasını təmin edirsiniz.Bunladan da əlavə, bu cür pis vərdişlər həm sağlamlığınıza ciddi təsir edir, həm də cibinizə təsəvvür etmədiyiniz qədər ziyan vurur.
- Həmçinin idmanla məşğul olmaq da bu vəziyyətdən çıxmanın ən gözəl üsullarındandır.Vacib deyil ki, sizin rekorda imza atacaq yüksək nəticələriniz olsun.Bunu yadda saxlayın ki, aktiv həyat tərzi keçirmək və idmanla məşğul olmaq həm bədəninizi gümrah olmağa, həm də müsbət emosiyalara köklənmənizə səbəb olur.İdmanla məşğul olduqdan sonra sizə əlavə gözəl hiss və sözlə ifadə olunmayacaq yüngüllük hissi gələcək.Belə gözəl emosiyalardan sonra isə siz heç bir problem haqqında düşünmək belə istəməyəcəksiniz.
- Sevgi hissi insanlara verilmiş ən ülvi, saf və məsum hissdir.O həmişə həyatımızı yaxşılığa doğru dəyişə bilir.Həyatımız onun gəlişi ilə canlanır və nikbin notlara köklənir.Bu gözəl hiss bizi yeniliklər etməyə, əvvəl risk etməyə bacarmadığımız şeyləri etməyə vadar edir və bir sözlə, həyatımızı gözəlləşdirir.Bir özünüz də düşünün – əgər biz həyatımızda sevib seviliriksə hansı pislikdən söz gedə bilər ?!
loading...