Cinsəl həyatınızda işlər yolunda getmir? - Seksopatoloq məsləhətləri

loading...

Cinsəl həyatınızda işlər yolunda getmir? - Seksopatoloq məsləhətləri

Bir müddətdir ki, yataq otağında işlər yolunda getmir və cinsəl həyatınızda dəyişikliklər olmasını istəyirsiniz. Bu dəyişiklikləri həyata keçirmək üçün ilk addımı siz atmalısınız. Fenomen.az Türkiyə mətbuatına istinadən psixoloq Bruce Dermanın məsləhətlərini  təqdim edir.

 

Seksopatoloqlar cütlüklərin seksdən zövq ala bilmələri üçün əvvəlcə öz cinsəlliklərini kəşf etmələrini bildirir. Seksdə sizin nələrə üstünlük verməyiniz və nələrin sizi seksdən soyutduğunu bilsəniz, partnyorunuzla yaşayacağınız cinsi birlikdəlikdən də o cür zövq alacaqsınız.

 

Tərəf müqabilinizlə yatağa girdikdə həmin andakı hissləriniz və düşüncələrinizə köklənin. O anda qorxu, hirs və ya gərginlik hiss edə bilərsiniz. Bu hisslərinizi tərəf müqabilinizə bildirməkdən çəkinməyin. Onun da sizin kimi hiss və duyğularını ifadə etməsinə şərait yaradın. Bu, sizin üçün olduqca özəl bir paylaşma olacaq və sizi bir-birinizə bağlayacaq.

 

Seks həyatınızı inkişaf etdirmək üçün özünüzü meditasiya edin. Bədəniniz stresdən yorğun düşəndə hisslərinizin fərqinə varırsınız və onları daha yaxşı anlayırsınız. Mövcud duruma adaptasiya olmaq üçün meditasiya edin.

 

Sekslə məşğul olmaq və sevişmək arasındakı fərq hiss və duyğularınızın seksə daxil olub-olmamasıdır. Əgər tərəf müqabilinizlə sevişmək istəyirsinizə, meditasiya edin.

 

Xarici görünüşün önəm verildiyi bir dövrdə vücudunu kompleks etməyən az sayda qadın var. Lakin özünüzü və bədəninizi sevməyi öyrənin. Bu, seks həyatınıza çox yaxşı təsir edəcək.

loading...
Oxşar xəbərlər