2 Yaşlı uşaqları necə düzgün tərbiyə etmək olar

loading...

 

2 yaşlı uşaqları necə düzgün tərbiyə etmək olar 7

 

 

Aile.fenomen.az saytı valideynləri maraqlandıracaq xəbərlə sizi tanış edir.

2 yaş -  keçid dövrüdür,  bu dövrdə uşaq kiçik mülayim və sakit körpə olmaq rolundan çıxır, kaprizlər göstərməyə başlayır və ən nəhayət onun xarakteri dəyişir.Məhz bu böhranlı dövr üçün alimlərin öz şəxsi fikirləri var, uşağın 2 yaş böhranı dövrü yalnız uşaqlar üçün deyil, həm də valideynlər üçün ( xüsusilə bir sıra valideynlər ailəyə yenin fərdin gəlişinə çox da rahat uyğunlaşa bilmir ) ən çətin andır.

2 yaş dövründə uşağı tərbiyə edərkən olan problemlər

Keçid dövründə bütün valideynləri maraqlandıran yeganə sual budur  - sözə qulaq asmayan, nadinc uşağı necə düzgün tərbiyə etmək olar.Axı artıq 2 yaşı olan uşaqda şəxsiyyətin formalaşması prosesi baş verir və o dünyaya artıq fərqli gözlə baxmağa başlayır.Bu dövrdə də bütün ömür boyu övladlarının həmişə körpə olaraq qalacağını düşünən valideynlər uşaqlarının əslində get – gedə böyüdüyü qəbul etməlidirlər.Valideynlərin bu zaman bir sıra yeni və faydalı məsləhətə, yaxud da psixoloq məsləhətinə ehtiyacı olur.

2 yaşlı uşağa qoyulan hər qadağa – onun eqoist olmasına və təkliyi sevməsinə səbəb olur.Uşaqlar qoyulan hər qadağanın səbəbinə diqqət etmədən, bu qadağaların onların hüquqlarının pozulması kimi qiymətləndirir və özlərini narahat hiss edirlər.Bunu düşündükləri zaman isə uşaqlar valideynlərə müxtəlif üsyan edəcək hərəkətləri nümayiş etdirirlər.Qışqırmaq, ağlamaq,kapriz göstərmək və oyuncaqları sındırmaq – bunlar uşaq üsyanının tipik göstəriciləridir.

Bunu qəbul edib və anlamaq lazımdır ki, bu həyatda hər kəs, yaşından asılı olmayaraq həm böyük həm kiçik öz istədiyini almaq istəyir və bu da normaldır.Əslində bu çox yaxşı xarakterdir – məqsədinə çatmaq üçün mətin olmaq.Əlbəttə ki, bu yolda beyinin və ağlın inkişafından asılı olaraq hər kəsin üsulu fərqlidir.

Bizim vəzifəmiz budur ki, 2 yaşlı uşağa öyrədə bilək ki, ağlamaq, hər hansı bir qalmaqal yaratmaq və ayaqlarını yerə döyməklə heç nə əldə etmək mümkün deyil.Bunu dərk etdiyi zaman uşaqətrafındakılara baxıb bir daha düşünəcək və istəyinə çatmaq üçün başqa, daha doğru və xeyirli yollar axtarmağa çalışacaq.Uşağa göstərin ki, adi söhbət və müzakirə yolu ilə də ortada olan hər bir problemi həll etmək olar.

 

 

loading...
Oxşar xəbərlər