Həyatınızı YAXŞILIĞA doğru DƏYİŞMƏYİN YOLLARI
loading...
Aile.fenomen.az sizi bu yollarla tanış etmək istəyir.
Bizim bir çoxumuz öz həyatımızdan tam razı deyilik.Bu narazılıqların səbəbi də müxtəlifdir, kimi isə işi qane etmir, kiminsə münasibət sferasında problemləri olur, digərləri isə xarici görünüşündən narazı olur.Lakin, unutmayın ki, bu narazılıqlar nə olur olsun, onların hər birini həll etmək bizim özümüzdən asılıdır.Sizi bəzi yollarla tanış edəcəyik.
- Başqalarını tənqid etməyin – inanın ki, bu xarakterdən əl çəkiyiniz an həyatınızda böyük dəyişikliklər baş verəcək.Ən böyük səhvi digərlərini tənqid edərkən edirik, çünki bu zamanı siz öz problemlərinizi həll etməyə həsr edə bilərsiniz.
- Gününüzü öz görünüşünüzə ünvanlanmış təbəssümlə açın.Əgər siz gününüzü bu tempdə başlasanız, inanın ki, gününüz çox xoş keçəcək.
- Hər səhərinizi idmanla açamağa çalışın.Sizi inandırırıq ki, bunu həyatınızın vərdişinə çevirdikdən sonra siz özünüzü həm daxilən, həm xaricən tanımayacaqsınız.
- Özünüzə hər kiçik ideya, fikir və arzularınızı yaza biləcəyiniz kiçik dəftərçə alın.Belə olduqda siz öz arzu və istəklərinizi pillə - pillə həyata keçirmək üçün yola çıxmış olacaqsınız.
- Ən azı, yaxın 5 il üçün həyat planınızı düşünün.Belə olan təqdirdə, siz getməli olduğunuz yolu dəqiq biləcəksiniz və lazım olmayan artıq problemlərlə üzləşməyəcəksiniz.
- Heç olmasa həftədə bir dəfə xeyirxahlıq edin.Bu sizin xoşbəxtlik səviyyənizi artıracaq və sizin özünüzü daha yaxşı hiss etmənizə zəmin yaradacaq.
- Yuxunuzu tam almağa çalışın.Tam alınmış yuxu sizə hərtərəfli xoş təsir bağışlayacaq, həm görünüşünüzə, həm də sağlamlığınıza.
- İşi sonraya saxlama vərdişini çalışın ki, tərgidəsiniz.İnanın ki, belə olduqda siz öz sahənizdə həm daha aktiv, həm də effektiv olacaqsınız.
loading...