VARLI olmağa gedən Yollar

loading...

Aile.fenomen.az saytı xarici KİV - ə istinadən xəbər verir ki,kasıblıqdan can qurtarmaq üçün " nə isə bir şey etmək " yaxud da ki, " harda isə işləmək " azdır.Məhz bu yol demək olar ki, kasıbçılıq və yoxsulluğa aparan ən optimal yoldur.Bəzi yollar var ki, sizin varlı olmağa gedən yolunuzda sizin üçün böyük faydalı imkanlar aça bilər.

Bu yola çıxmaq üçün isə aşağıda sadalayacağımız yolları bilmək lazımdır.

  1. İlk olaraq anlamalısınız ki, sizin hər xırda problem və məsələniz ən qısa müdətdə həll olunmalıdır.Bunun tez zamanda həllini tapması üçün isə siz qərarlı və kifayət qədər şüurlu olmalısınız.QƏRARLI OLUN ! Risk etməkdən çəkinməyin və şüurlu şəkildə maksimum tez qərar verin.
  2. Kimin isə üçün az işləyin.Nə qədər çox işləyirsinizsə, o qədər də pis vəziyyətiniz pisləşir.Doğrudur, əgər siz öz sevdiyiniz işinizlə məşğulsunuzsa bu iş sayılmır.
  3. Əgər pul əldə etmək istəyirsinizsə, bazara hər hansı bir qiymətli əşyanızı gətirin və insanlar özləri sizə pul gətirəcək.Pulun miqdarı isə sizin özünüzən və həmi əşyaya qoyduğunuz dəyərdən asılı olacaqdır.
  4. Yalnız öz marağınızın xatirinə işləyin.Çalışın ki, hər hansı bir bəsit yerdə işləməyin.Onu bilin ki, bəsit bir yerdə sizlərdən biriləri onsuz da var və sizin orada olub – olmamağınızın elədə böyük önəmi olmayacaq.
  5. Minimum olaraq aylıq 50.000 $ qazanmağı düşünün.Bundan artığını da düşünə bilərsiniz.Bundan az OLMAZ !
  6. Bəzi hallarda pul insana insanlar vasitəsilə gəlir.Çəkinməyin, insanlarla ünsiyyətdə olmağa tələsin !
  7. Kasıb mühit hər zaman sizi kasıbçılığa çəkəcək.İnanın ki, hətta çox varlı insanların belə elə kasıb qohumları, dostları , və tanışları var.Lakin onlar bilirlər ki, əgər əlaqəni kəsməzlərsə tezliklə bu insanların özü də kasıb mühitinə düşə bilər.
  8. Kasıbçılığın ən böyük səbəblərindən biri məsuliyyətdən qaçmaq xarakterinin olmasıdır.Unutmayın, varlı insanların məsuliyyəti həmişə çox olur.
  9. Əgər pulunuz azdırsa, biznes qurun.Əgər pulunuz ümumiyyətlə yoxdursa, tələsin, biznesi elə məhz bu dəqiqə qurmalısınız.Problemlərinizə bir daha böyük diqqətlə baxın və onların həlli yollarının axtarın.Ən uğurlu fikirlərinizi biznes proyekt formasında formalaşdırın və investorlara göstərib, təklif edin.
  10. Böyük zənginliyə gedən yol passiv gəlirin altında yatır, unutmayin.
  11. Dünyanın ən zəngin insanlarının tərcümeyi – halını və keçdikləri həyat yolu barəsində oxuyub məlumatlar toplayın.
  12. Arzulayın – həyatda bu ən mühüm şeydir.Arzulayın və səmimi qəlbdən inanın ki, sizin arzularınız həyata mütləq keçəcək.Yadınızda saxlayın arzuları olmayan insan ölü insandır.
  13. Sərfəli investisiyanın 2 qaydası var.Birincisi, PULLARINI QORU ! İkincisi, əgər qorxulu bir riski etmək məcburiyyətindəsinizsə, birinci qaydanı yadınıza salın.

Ən böyük məsləhətimiz isə budur – HEÇ VAXT, HEÇ VAXT, HEÇ VAXT TƏSLİM OLMAYIN!!! Hər şey bizim öz bilik və bacarığımızın əlindədir.

loading...
Oxşar xəbərlər