KASIBLIĞA aparan YOLLAR

loading...

Aile.fenomen.az saytı maraq dairənizə uyğun olan xəbərlər bölüməyə davam edir.

Nə üçün axı kimsə varlı, digərləri isə kasıbdır.Bəziləri sadəcə yemək tapa bilmək üçün gecə - gündüz tər tökərkən, digərləri pul içində üzürlər ?Kimisə üçün pul ələ keçirsə o get – gedə artır, kimisə üçün isə o elə gəldiyi an yoxa çıxır ?Bütün bu suallara cavabı siz saytımızdan əldə edə biləcəksiniz.

  1. Özü – özünə yazığı gəlmək hissi.

Kasıbçılığa köklənmiş insanlar öz – özlərinə yazıqları gəlir və onlar hər zaman belə düşüncədə olurlar ki, taleh onlara belə ömür qismət edib.Öz – özünə yazığı gəlmək hissi müxtəlif səbəblər üzündən baş verir.Məsələn, cinsinə, bədən quruluşuna, boy ölçüsünə, milliyyətinə, dərisinin rənginə, ata – ananın milliyyətinə, evli olub yxud ola bilməməsinə, boşanmış vəziyyətinə, yaşlılar isə gənclik dövrlərinə heyfsləndiyi üçün öz – özlərinə yazığı gəlmə halları baş verir.Bir anlıq düşünün siz bütün həyatınız boyu yalnız özünüzün özünüzə yazığınız gəlməklə keçərsə, o zaman ətrafdakılar sizin haqqınızda necə fikirdə olarlar ?

Öz – özünə yazığı gəlmə hissi insanın öz şəxsi inkişafının qarşısını almaq və özü – özünü geri çəkmək üçün əla yoldur.

  1. Xəsislik və paxıllıq hissi

 Hər zaman " ENDİRİM " yazılmış lövhələri gözünüzlə axtarmaq, uşaqların yaxşı təhsili üçün pul vermə istəyinin olmaması, məsələn, hər hansı bir firmada işçiləri həddindən artıq çox işlədib, həddindən az maaş vermək istəyinin olması, bütün bu vərdişlər əgər sizdə varsa bunu bilin ki, bu kasıb insanlara xas xüsusiyyətdir.

Həddindən artıq qənaətçilik hissi – müdrüklük əlaməti eyil, tam əksinə, bu o deməkdir ki, sizin büdcənizin mədaxil və məxaric balansı pozulmuş vəziyyətdədir.

Zəngin olan insan yaxşı və dəyərli şeylər üçün onların real olan qiymətini ödəməyə və işçilərə işlədikləri əməyin qarşılığını verməyə düzgün proqramlaşdırılmış vəziyyətdə olur.

  1. Lazım olan qədərdən çox oul xərcləmək

 Kredit kartları və bankların gülərüz personalı sizi rahatlıqla borc quyusuna sala bilər.Axı uğurlu olmağı arzulamayan insan, şəxsi biznesin inkişafı üçün götürülmüş faydalı kreditlə, hər hansı bir bahalı maşın və ya ev üçün götürülmüş ziyanlı kreditin fərqini anlaya bilmir.

  1. Uğurun pulla ölçülməsi

 Kasıb olan şəxslər həmişə əmin olurlar ki, müəyyən qədər pul məbləği onları xoşbəxt edə biləcəkdir.Çox insanların fikrincə, hər hansı bir bahalı dizaynerdən olan geyimi almaqla, gözəl mənzildə yaşamaqla, səyahətlər etməklə, ana – ata yaxud yoldaşından asılılığın olmaması iləonlar xoşbəxt ola biləcəklər.Lakin praktika göstərir ki, bu heç də belə deyil.Uğurlu və zəkalı insan xoşbəxtliyini rəqəmlərdə, əskinazlarda axtarmır.O xoşbəxtliyi daha anlamlı varlıqlarda axtarır.Bunu isə hər kəs özü özü üçün aşkar edə bilər.

loading...
Oxşar xəbərlər