Niyə hər kəs UĞUR QAZANA BİLMİR ?
Aile.fenomen.az saytı bir çoxunuzun diqqətini çəkəcək xəbər paylaşır.
Nə üçün yaxşı və zəhmətkeş olan insanlar uğur qazana bilmirlər ?Bu suala cavab verməklə siz uğura, zənginliyə və parlaq karyeraya demək olar ki, 50% yaxin olacaqsınız.Axı doğurdan da, bugünkü gündə treninqlər, vebinarlar, seminarlarda çox iştirak edən, yaxşı kadr olmaq üçün əlindən gələni edən kifayət qədər insan var, lakin bütün bunlar onlara uğur əldə etməyə kömək edə bilmir.Gəlin, niyəsini birlikdə açıqlamağa çalışaq.
Bunu iki səbəbi var
BİRİNCİ QAYDA
İlk səbəbi yaxşı anlaya bilmək üçün gəlin, idmanda qazanılan uğurla həyatda qazanılan uğuru müqayisə edək.Bundan əlavə, idman – ideal həyat modelidir.Gəlin birlikə təsəvvür edək...Sizin şəhərinizə ayda bir dəfə məşhur idman məşqçisi gəlir.İnsanlar ona böyük pullar ödəyirlər.O onları iki güne idmançı kimi məşq etdirir və çıxıb gedir.
Sonra bir yaxud iki aydan sonra növbəti məşqçi gəlir və yenə olimpya çempionu olmağı arzu edənləri 2 ya 3 gün məşq etdirir.İndi isə gəlin sizinlə cavab veməyə çalışaq, ayda bir dəfə məşq edən idmançının bir dənə olsun qalib olmaq üçün şansı varmı ?Bəli, doğrudur, belə görünür ki, yox !
Beləliklə, bu cür nəticəyə gəlmək olar ki, əgər bu cür qrafiklə çalışsaq idmanda olmadığı kimi həyatda da uğur qazana bilmərik.Niyə ? Çünki, həyat idmandan qat – qat çətindir..İlk olaraq çünki böyük rəqabət var.Bugünkü gündə insanlar demək olar ki, günəşin altında durmaq üçün belə bir – biri ilə rəqabət aparırlar.İkincisi isə, həyatda qayda – qanunlar bir qayda olaraq dəyişmə halındadır.Məhz bununüçün də uğurlu olmaq üçün mütəmadi olaraq aktiv olmaq lazımdır.Ağıl, savad, hərəkət, zəka, intellekt – bütün bular aktiv və yerində saymadan çalışmalıdır ki, biz həyatımızda uğur qazana bilək.Çünki, əgər uğur qazanmaq istəyiriksə, bizim sadəcə başqa yolumuz yoxdur!
İKİCİ QAYDA
İkinci səbəb - əlbəttə ki, mütəmadi baş verən inkişafdır.Hər zaman nə isə yeni bir şeyin axtarışında olmaq lazımdır.Hər zaman, hər gün, yeni informasiya, yeni bilik axtarışıda olmaq lazımdır, çünki bügünkü yaşadığımız dövrün ən böyük tələbi də elə məhz budur.Biz sabah başımıza nə gələcəyinibilmirik, elə deyil ?Lakin, bildiyimiz yeganə şey budur ki, ağlı, zəkası, intellekti, savadı olan hər kəs gec və ya tez öz layiq olduğu uğuru tapacaq və öz həyatını öz istədiyi .əkildə gözəl quracaq !