ƏNƏNƏVİ ÜSULLA DİZ AĞRISINDAN qurtulmağın yolları
Aile.fenomen.az saytı sizinlə faydalı məsləhətlərilə bölüməyə davam edir.
Doğrudur, diz ağrısında indiyədək heç kəs ölməyib, ancaq gəlin qəbul edək ki, bu ağrı olduqda biz çox əziyyət çəkirik.Bunu xüsusilə diz zədəsi olan şəxslər və ahıl insanlar daha yaxşı bilir.Təəssüf ki, çox zaman bu ağrıya adi mazlar kömək edə bilmir.
Bu gün sizə əziz izləyicilərimiz bu problemin həllinə yaxşı kömək edəcək ənənəvi üsulla hazırlanacaq bir vasitə haqqında məlumat verəcəyik.
Diz ağrıları üçün bal massajı ilə sizi də tanış edirik
Yarım stəkan balı isti su ilə dolu olan çaynikin üzərinə və zəif atəşli odun üzərinə qoyun.Yorğanın altında uzanın və dizinizi xüsusi isidici vasitəsilə 15 – 20 dəqiqə ərzində isidin ( çünki bütün dizdəki əzələlər isinməlidir ).Daha sonra isinmiş balı dairəvi hərəkətlərlə ağrıyan əzələnizin üzərinə çəkin.Bal dəriyə hopan kimi yenisini götürün və yenidən çəkməyə davam edin ( proses ən azı 20 dəqiqə davam etməlidir ).Sonda isə üzərini marla ilə bağlayırıq və izi bağlayırıq.2 saatdan sonra sarğını açın və dizinizi ilıq su ilə yuyun.Müalicə müddəti – 10 seansdır.
İlk 3 seansda bu prosesi hər gün yerinə yetirin, növbəti dəfə isə 2 – 3 gündə bir dəfə edin.Ənənəvi üsul bizə daha doğma və qorxusuz gəldiyi üçün hər birimiz ona müraciət etmək istəyirik.Lakin, unutmayın əgər ağrınız çoxdursa həkimə müracət etməyiniz mütləq və təxirə salınmazdır