Kirpik və Qaşların tökülməsi əleyhinə nə etmək lazımdır ?

loading...

 Kirpik və Qaşların tökülməsi əleyhinə nə etmək lazımdır ?

Aile.fenomen.az saytı yenə sizin sağlamlığınız və gözəlliyinizi artıracaq məlumatlar bölüşməyə davam edir.

Aşağıda qeyd etdiyimiz üsuldan istifadə etsəniz kirpik və qaşlarınızı tökülməsinin qarşısını ala biləcəksiniz.

Deməli, 1 çay qaşığı rafinəedilməmiş zeytun yağını ( günəbaxan yağı ilə də əvəz etmək olar ) və 1 çay qaşığı gənəgərçək yağı ilə qarışdırın.Qarışığa 2 – 3 damcı təmiz əczaxanadan alınmış kamfora yağı əlavə edin.Xüsusi çubuq yaxud da xüsusi çubuğunuz yoxdursa, bir çöpü təmiz pambıqla dolayın və onu bu qarışımla isladıb, gündə 5 -10 dəfə kirpik yaxud qaşlarınıza qoyun ( proses zamanı gözlərinizi yummağı unutmayın ).

Bu qarışımı həmçinin profilaktik olaraq da istifadə edə bilərsiniz.Bu üsuldan istifadə etdiyiniz zaman onu tətbiq etdiyiniz nahiyədə tüklər daha sıx və daha möhkəm olacaq.Müalicə kursunu çəkinmədən bir neçə müddət davam etdirə bilərsiniz.

loading...
Oxşar xəbərlər