Qəbizliyin müalicəsi - Gənəgərçək yağı

loading...

Qəbizliyin müalicəsi - Gənəgərçək yağı'

Gənəgərçək yağı qəbizlik zamanı ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır. Gənəgərçək yağı ziyansızdır və onun düzgün qəbulu adətən heç bir yanaşı təsirlərə səbəb olmur.

Hamilə qadınlara gənəgərçək yağını qəbul etmək olmaz. Bağırsaqların fəaliyyətinin gücləndirilməsi uşaqlığın yığılmasına gətirib çıxarda bilər ki, bu da dölsalma və ya vaxtından tez doğuşla nəticələnə bilər.

Bundan əlavə gənəgərçək yağını qarında güclü ağrılar, ürəkbulanması və qusma zamanı qəbul etmək olmaz.

Böyüklər üçün doza - 1-2 xörək qaşığı, uşaqlar üçün - 1 çay - 1 desert qaşığı (uşağın yaşından asılı olaraq). Gənəgərçək yağının çox spesifik dadı var. Yağın qəbulunu asanlaşdırmaq üçün onu hər hansı şirəyə (limon, portağal və s.) əlavə etmək olar.

Effekt 2-6 saat ərzində baş tutur. Həkimlər gənəgərçək yağını 3 gündən artıq qəbul etməyi tövsiyə etmir.

Gənəgərçək yağı, bütün digər işlədici dərmanlar kimi, yalnız istisna hallarda qəbul olunmalıdır. Belə dərmanların daim qəbulu bağırsaqların fəaliyyətini daha da pozur, atoniyanın (fəaliyyətdən qalma) inkişafına səbəb olur və qəbizliyi daha da ağır edir.


loading...
Oxşar xəbərlər