Qadınların PROBLEMİ UŞAQLIQ BOYNU EROZİYASI

loading...

Qadınların PROBLEMİ UŞAQLIQ BOYNU EROZİYASI

 
Aile.fenomen.az saytı məlumat verir ki,
 
Qadınlar arasında ən çox və geniş şəkildə yayılmış ginekoloji problemlərdən biri də uşaqlıq boynunda yaranan eroziyadır.

Eroziya nədir?

Eroziya - uşaqlıq boynunun selikli qişasının dəyişilməsinə deyilir.

Uşaqlıq boynunun eroziyası kimdə yarana bilər?

Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat keçirən qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi eroziya riski seksual partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də seksual partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.

Uşaqlıq boynunun eroziyası ilə hamilə qalmaq olarmı?

Uşaqlıq boynunun eroziyası sonsuzluğa səbəb olmur və buna görə də mayalanma üçün maneə ola bilməz.
 
Eroziyanın əlamətləri varmı?

Ümumi şəkildə götürsək eroziya probleminin dəqiq bir əlaməti yoxdur.Lakin bəzi hallarda vaginadan iftaz edilən xoşagəlməz qoxu və cinsi əlaqə zamanı müəyyən qanlı və çəhrayı rəngi çalarlı axıntıların gəlməsi ilkin əlamətlər kimi hesab edilə bilər.
 

loading...
Oxşar xəbərlər