Endometrial Polip NƏDİR?

loading...

Endometrial Polip NƏDİR?

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Poliplər endometrial nöqtədən uşaqlıq yoluna kimi demək olar ki, istənilən bölgədə yarana bilər.O, uşaqlıq boynu nahiyəsində uşaqlıq yolunun aşağısında sağ yaxud sol divarında möhkəmlənir.Endometrial poliplər gənc yaşında olan insanların əksəriyyətində xoşxassəli yaratıqlar kimi qiymətləndirilir.Onlar tək və çoxsaylı ola bilirlər.Poliplərin ölçüsü bir neçə millimetrdən bir neçə santimetrə kimi ola bilir.Polipin ölçüsü, sayı və lokalizasiyasından asılı olaraq da həkim müalicə metodu təyin edir.

Polipin yaranma səbəbləri

Endometrial polipin yaranma səbəbləri əsasən aşağıdakılardır :

Hormonal pozulmalar
Statistika da göstərir ki, polipin yaranma səbəblərinə menstrual siklin ikinci fazası dövründə estroqen və progesteronun çatışmazlığı aiddir.Bu problem həm də çox zaman menopauza dövrü yaxınlaşdığı zamanda olur.Belə hormonal polulmaların qarşısını almaq üçün isə gənc qızlar və qadınlar öz endokrin sistemlərinin sağlamlığının qayğısına qalmalıdırlar.

İnfeksiya
Belə bir halda söhbət yalnız xroniki iltihabi proseslərdən gedir.Bunlar, uşaqlıq boynunun iltihabi xəstəlikləri və uşaqlıq yolunun müxtəlif iltihabi prosesləri kimi problemlər ola bilər.

Onu da qeyd etmək lazımdır ki, siqaretdən istifadə və yaxud doğuş sayının çox olmasının bu xəstəliklə heç bir əlaqəsi yoxdur.

Endometrial polip probleminin qadınlar arasında nə qədər yayıldığını dəqiq bir rəqəmlə demək qeyri - mümkündür.Lakin, əminliklə demək olar ki, çox geniş yayılmış problemlərdən biridir.Polipin ən çox  rast gəlindiyi qadın yaş aralığı isə 39 - 50 - dir.
 

loading...
Oxşar xəbərlər