Menstruasiya Zamanı Ağrı, Baş Vermə SƏBƏBLƏRİ VƏ Sakitləşdirmək YOLLARI

loading...

Menstruasiya Zamanı Ağrı, Baş Vermə SƏBƏBLƏRİ VƏ Sakitləşdirmək YOLLARI ?

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Menstruasiya - qadınların orqanizmində ay ərzində 1 dəfə baş verən təbii bir prosesdir.Lakin, bu proses zamanı qadınların əksəriyyəti özlərini diskomfort hiss edirlər.Belə günlərdə qadınlar özlərində güclü ağrı, halsız və arahat hiss edirlər.


Ağrının baş vermə səbəbləri

Belə zamanlarda ağrı çox zaman qarının aşağısı və bel nahiyəsində olur.Bəzən hətta miqren də tuta bilər.Ağrının xarakteri sancılı, inildəyən, spazmatik xarakterli olur.Bu ağrılar çox zaman menstruasiya başlamazdan bir neçə gün əvvəldən başlayır.


Tibb işçiləri belə hesab edir ki, menstruasiya zamanı ağrı hiss etmək normal hal hesab olunmur.

Ağrının yaranma səbəbi - hormonal mübadilənin pozulmasıdır.Lakin ağrının yaranmasına həmçinin infeksion - iltihabi proseslər, abort etmə halları, cinsi orqanların düzgün olmayan vəziyyəti, damarların varikoz genişlənməsi, endometrioz da səbəb ola bilər.Menstrual sikl və intensivliyinə həmçinin stress, fiziki gərginlik və xroniki yuxusuzluq da təsir edir.Yumurtalıq və ya uşaqlıq yolunda olan şişlər də ağrı yarada bilir.
Yeniyetmə yaş dövründə olan qızlarda ağrılar olursa bu o qədər də qorxulu olmaya bilər.Lakin, artıq müəyyən yaş dövrünə çatmış. xüsusilə də doğum etmiş bir qadında bu dövrlərdə ağrılar olursa, bu ciddi problemlər haqqında siqnal ola bilər.


Xalq təbabəti üsulu ilə ağrılardan necə azad olmaq olar ?
İnsanların əksəriyyəti menstrual ağrılar zamanı ənənəvi üsullara əl atırlar.Məsələn, qarının aşağı nahiyəsinə isidici qoymaq yaxud da müxtəlif isidici xüsusi yapışqanlardan da istifadə etmək  olar.Əgər olan ağrılar uşaqlıq yolu hipertonusu ilə bağlı olarsa bu sadalanan üsullar ağrı üçün çox effektiv hesab olunur.Yox əgər ağrıların baş vermə səbəbi fərqlidirsə, isti ilə əlac etmək artıq bir işə yaramayacaq.


Ağrıyarkən masaj etmək məsləhət görülür.Masaj isə belə istiqamətdə olumalıdır - saat istiqaməti üzrə qarının aşağı nahiyəsində dairəvi hərəkətlərlə masaj etmək.Belə masaj hərəkətləri qarının aşağı nahiyəsində qan dövranının yaxşılaşmasına və spazm və ağrıların yox olmasına kömək edəcək.

 
 

loading...
Oxşar xəbərlər