Menstruasiya vaxtı hamilə qalmaq mümkündür? – QADINLAR, DİQQƏT
Etiraf edək ki, sekslə bağlı əfsanələri hamımız bilirik. Bunların əksəriyyəti isə həqiqətlə əlaqəsi olmayan fikirlərdir. "Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil” fikri də bu silsilədəndir. Aile.lent.az bununla bağlı mütəxəssis fikirlərini təqdim edir. Menstruasiya vaxtı cinsi münasibətin zərərli olmadığını hamı bilir. Lakin bu sırf istəyə bağlıdır, istəklərindən asılı olaraq cütlüklər qadınların bu "həssas dönəm”ində sekslə məşğul ola və ya olmaya bilərlər. Lakin menstruasiya vaxtı hamilə qalmamaq fikri tamamilə yanlışdır. Bu dönəmdə hamilə qala bilməyəcəyinizə qəti olaraq zəmanət vermək olmaz. Mütəxəssislər bildirir ki, bir çox qadınlar menstruasiya zamanı sekslə məşğul olduqda hamilə qalma ehtimalının olmadığını düşünərək qorunmur. Lakin unutmaq olmaz ki, hər qanama menstruasiya demək deyil. Qadınların bir çoxu iki menstruasiya zamanı yumurtlayır və ən məhsuldar dövr də məhz bu vaxtlardır. Başqa bir araşdırma isə sübut edib ki, bəzən vaxtsız yumurtlama da baş verir. Normalda menstruasiya zamanı atılan yumurta xaricində başqa sağlam yumurtalar da istehsal edilə bilər. Bu yumurtalar menstruasiya dövrü bitmədən və ya bitdikdən dərhal sonrakı günlərdə buraxıla bilər. Bu zaman qorunmadan cinsi münasibətdə olsanız, hamilə qalma şansınız ola bilər. Mütəxəssislərin sözlərinə görə, ovulyasiya zamanı yumurtaların yaşama müddəti 4-5 gündür. Menstruasiya zamanı bədənə daxil olan spermaların da 4 günə qədər döllənmə xüsusiyyəti var. Həmin vaxt olmasa belə, qarşıdakı günlərdə hamilə qalma ehtimalı yüksəkdir. Hamiləlik hesablanan zaman hansı gün döllənmə olduğunu təsbit etmək mümkün deyil. Buna görə də hamiləlik həftəsi son menstruasiya günündən etibarən hesablanır. Menstruasiya zamanı cinsi münasibətə girərkən qorunmaq infeksiyalara qarşı qorunmağınız üçün vacibdir. Yoxsa qadının bu günlərdə kirli olması, menstruasiya qanamasının pis vəziyyət olması yanlış fikirlərdir. Sadəcə olaraq, iki tərəfdən birində infeksiya varsa, menstruasiya dövründə qorunmadan cinsi münasibət zamanı yoluxma ehtimalı artır.