Menstruasiya dövründə sekslə məşğul olmaq olar? – MÜTƏXƏSSİS RƏYİ
Bir çox insan qadınların menstruasiya dövründə "çirkli” olduqlarını düşünür. Buna görə də menstruasiya olan qadınlarla cinsi əlaqə məhdudlaşdırılır və ya tamamilə qadağan edilir. Əslində bəzi dinlərdə bu, məsləhət deyil. Lakin tibb və dünyagörüşü baxımından menstruasiya dövründə sekslə məşğul olmamaq üçün heç bir səbəb yoxdur.
Əslinə baxılsa, menstruasiya dövründə seks reql simptomlarının azalmasına kömək olur. Bir çox qadın orqazmın ağrını yumşaltdığını və uşaqlıqdakı orqazm sıxılmalarının sakitləşdirici bir masaj kimi hiss etdirdiyini deyir. Onsuz da orqazm əsnasında reql ilə əlaqələndirilən kramplar baş ağrılarının, stressin və əsəbin qarşısını almağa kömək olur. Həmin vaxt təbii ağrıkəsici hormon olan endorfin ifraz olunur və bir çox qadın menstruasiya dövründə seksdən daha çox həzz alır, çünki pelvik və genital bölgədəki doluluq hissi artır.
Təhlükəsiz seks menstruasiya dövründə daha əhəmiyyətlidir
Bir məqamı mütləq nəzərə alın ki, etibarlı seks menstruasiya dövründə daha da əhəmiyyətli hala gəlir. Cinsi yolla xəstəliyə yoluxma riski bu dövrdə daha çoxdur. Çünki uşaqlıq boynu qanın keçə bilməsi üçün açılır. Təəssüf ki, bu vəziyyət bakteriyaların alt qarnın dərinlərinə daxil ola bilmələri üçün mükəmməl bir yol açır. Reql dövründə tərəf müqabilinizdən HİV və hepatit kimi qan yolu ilə keçən xəstəliklərə yoluxma ehtimalınız daha yüksəkdir. Və vaginadaki pH reql əsnasında daha az turş olduğundan, bakterial infeksiyalar qapmağa meyllilik yaranır.
Son olaraq unutmayın ki, menstruasiya dövründə də hamilə qala bilərsiniz (əgər həb istifadə etmirsinizsə), buna görə doğum həbini bir kənara ata biləcəyinizi düşünməyin.
Menstruasiya dövründə etibarlı seks üçün tövsiyə:
Stressə girməyin
Yataq örtüklərini ləkələmək mövzusunda narahat olursunuzsa, altınıza bir dəsmal sərə bilərsiniz. Başqa bir yol da var: duşun altında və ya vannada da sekslə məşğul ola bilərsiniz. Bu şəkildə normaların xaricində erotik və həyəcanverici bir dəyişiklik yaşayarsınız, eyni zamanda da qanın yuyulub getməsini təmin etmiş olarsınız.
Cinsi cazibənizi qoruyun
Bəzən ayın müəyyən günlərində sadəcə olaraq ev paltarınızı geymək, divana uzanıb dondurma, şokolad kimi yaxşı hiss etdirən yeməklər yemək istəyirik. Təəssüf ki, bu cür yeməklər ruh halınızı daha da pisləşdirən bir ağırlıq çökməsinə səbəb olurlar. Bunun yerinə, reql dövründə seksuallığınızı qorumağa çalışın. Bəzi qadınlar bu dövrdə daha seksual və özlərini güclü hiss etdiklərini söyləyirlər. Fəaliyyətə başlayın, aktiv olun. Əmin olun ki, tərəf müqabiliniz sizin erotik hərəkətləriniz qarşısında dayana bilməyəcək.
Mütəxəssislər bildirir ki, menstruasiya zamanı sekslə məşğul olmağın sağlamlıq baxımından heç bir qorxusu yoxdur. Bəzi qadınlarda bu zaman kəsiyində cinsi əlaqədə olmaq orqazm ehtimalını daha da artıra bilər. Qanamayla bağlı çirkliliyin azaltmaq üçün menstruasiyanın son günlərində cinsi əlaqədə olmaq daha yaxşı yoldur. Bununla yanaşı, missioner mövqedən istifadə edildikdə qanamanın çölə gəlmə ehtimalı azala bilər. (aile.lent.az)