Qadınlardan İfraz Olunan Ağ Rəngli Axıntı Nə Dərəcədə TƏHLÜKƏLİDİR ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Qadınladan qəfil şəkildə ifraz olunan ağ rəngli axıntı onların beynində sual işarəsi yaradır, bu normal haldır ya narahat olmaq lazımdır ?
Cinsiyyət orqanlarının epitellərinin quruluşu və funksiyalaşması belə axıntıları yaradır.Məh bu axıntıların hesabına cinsi orqanlar ölmüş hüceyrələrdən, təhlükəli mikroblardan və menstrual yığıntılardan təmizlənir.
Lakin, onu da qeyd etmək lazımdır ki, ifraz olunan belə axıntılar cinsi orqanların fəaliyyətinin normal olmaması haqqında siqnaqldır.
Normal axıntılar
Tibb mütəxəssisləri belə hesab edir ki, axıntılar əsasən nisbətən yaşlı xanımlarda, fertil və klimaks dövründə rast gəlinir.
Gənc qızlarda isə bunun səbəbi optimal hormonal balansın formalaşması və stabilizasiyası ola bilər.
Qızlarda və nisbətən yaşlı xanımlarda belə axıtılar süd turşusu bakteriyalarına görə baş verir.Bu bakteriyaların vəzifəsi isə patogen mikroorqanizmlərin artması və yayılmasının qarşısını alır.Əgər axıntı açıq rəngli yaxud krem, tünd sarı rənglidirsə bu təhlükəli hesb olunmur.
Bu axıntılar qadınlarda müəyyən miqdarda ifraz olunur.Yumurta hüceyrələrinin yetişməsi və yumurtalıqdan çıxması zamanı axıntı sanki çiy yumurta ağına bənzəyir.Qalan başqa vaxtlar isə, menstrual dövr istisna olmaqla axıntı qatı formada olur.
Uzunmüddətli yaxud vaxtaşırı narahatlıq hissi isə vaginal kandidoz adlı xəstəlikdən xəbər verir.Bu xəstəliyə həm də maya göbələyi xəstəliyi də deyilir.Yaranma səbəbləri isə müxtəlifir.
Maya göbələyi xəstəliyi hər gün istifadə olunan dezodorantlaşdırılmış bezlərdən, salfetlərdən və tualet kağızlarıdan yarana bilir.Geyilən sintetik alt paltarları da bu xəstəliyin yaranmasına şərait yaradır.Stress, düzgün keçirilməyən həyat tərzi də bu xəstəliyin yaranma səbəblərinə aiddir.
İçilən hamiləlik əleyhinə olan hormonal dərmanlar da maya göbəliyini yarada bilir.Qida rasionuna da diqqət edilməlidir.Həddindən artıq şirin və yağlı qidalar da bu xəstəliyin yaradıcılarıdır.
Pataloji proseslərin yaranmasından xəbər verən axıntılar
Bəzən normal hesab olunan axıntılar, tam əksinə ciddi bir problem olması haqqında həyəcan təbili ola bilər.Bu durumda da ginekoloqa müraciət mütləqdir.
Vaginal nahiyədə ağrı və narahatlıq hissi, xarakterik olan turşu qoxulu və forması isə qatı kefir kimidirsə bu əlamətlər maya göbəliyinin əlamətləridir.
Parlaq rəngli və xoş olmayan qoxulu axıntılar ifraz olunursa, bu vəziyyətdə də həkimə müraciət etmək lazımdır.