Hamiləlik Zamanı SEKSlə Məşğul Oımaq OLARMI ?

loading...

 Hamiləlik Zamanı SEKSlə Məşğul Oımaq OLARMI ?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Hamiləlik dövründə sekslə məşğul olmaq olarmı ? - bu sual bir çox qadınları hamiləliyi dövründə narahat edən suallardan demək olar ki, ən böyüyüdür.

Ümumi şəkildə cavab versək - bu sual yarandığı zaman ana həm özünü, həm də körpəsini nəzərə almalıdır.Əslində isə hamiləlik dövründə sekslə məşğul olmaq hətta faydalıdır da, lakin bəzi hallarda o qəti şəkildə qadağandır.

Belə xüsusi hallarda hamiləlik aşağıdakı vəziyyətlərdə tövsiyə olunmur.Bunlar,

hamiləlik zamanı müşahidə olunan təhlükəli hallar zamanı, dölün mayesinin axması zamanı, çoxdöllü hamiləlik zamanı, müxtəlif cinsi infeksiyalar zamanı və s. bu kimi hallar.

Başqa sözlə desək, əziz xanımlar, əgər hamiləlik dövründə kiçik bir şübhə ilə rastlaşmısınızsa, bunu ciddi qəbul edərək mütləq şəkildə həkimlə məsləhətləşin.

Hamiləlik dövründə xanımların daha bir diqqət etməli olduğu vacib nüanslardan biri də intim əlaqə zamanı partnyorunun tamamilə sağlam olmasıdır.Çünki, əlaqə zamanı ananın orqanizminə daxil olan ən kiçik mikrob yaxud infeksiya belə körpə üçü böyük təhlükələr yarada bilər.

Hamiləlik dövründə seksin faydaları

Cinsi əlaqənin faydası nələrdir ?
Əvvəla, spermanın tərkibində olan hormonlar və fermentlər uşaqlıq yolunun yumşalmasına yardım edir.Bu da öz növbəsində doğum zamanı onun daha yaxşı açılmasına və doğuşun daha rahat keçməsinə zəmin yaradır.

İkincisi isə odur ki, seks zamanı uşaqlıq yolu əzələləri hərəkət edir və aktivləşir, bu da yenə doğuş zamanı ananın daha aktiv və daha rahat doğuş etməsinə rəvac verir.

Sonuncu, üçüncüsü isə odur ki, xoşbəxtlik hormonları adlandırılan endorfinlər seks zamanı qadından ayrılır və körpəsinə ötrülür.

Bütün gəldiyimiz nəticələrlə belə qənaətə gəlmək olar ki, hamiləlik dövründə sekslə məşğul olmaq olarmı sualına cavab - bəli olar, lakin, asta və ehtiyatlı şəkildə.


loading...
Oxşar xəbərlər