Hamiləlik Zamanı Boz Rəngli Axıntının Gəlməsi

loading...

Hamiləlik Zamanı Boz Rəngli Axıntının Gəlməsi

 
 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Hamiləlik hissi sevinclə bərabər özü ilə bir sıra problem və qorxu da gətirir.9 ay müddətində qadınların orqanizmində bir sıra mühüm dəyişikliklər baş verir, lakin bu dəyişikliklərin hər birini müsbət xarakterli adladırmaq olmaz.

Hamiləlik zamanı yaşanan xoşagəlməz hallarda biri də bozumtul rəgli axıntının ifraz olunmasıdır.Belə hallarla rastlaşdıqları zaman ana olmağa hazırlaşan qadınlar həyəcan hissi keçirirlər, çünki, axıntının gəlmə səbəbini anlamırlar.

Hamiləlik dövründə belə hallarla rastlanıldığı zaman qorxub həyəcana düşmək lazım deyil.Əvvəla, bu axıntının yaranma səbəbini öyrənməyə çalışaq.

İlkin olaraq, onu bildirək ki, bozumtul rəngli axıntının ifrazı hamiləliyin inkişafında patalogiyanın olduğunu bildirir.Bəs nə üçün qorxamamalıyıq?

Çünki, belə pataloji hallar çox zaman adi qarşılanır və normal hal kimi qiymətləndirilir.Deməli, ana və körpənin sağlamlığı haqqında narahat olmaq lazım deyil.

Lakin, eyni zamanda onu da qeyd edək ki, belə hallara məsuliyyətsiz də yanaşmaq olmaz.Belə hallar təhlükədən də xəbər verə bilər.Onun təhlükəlilik halı isə hamiləliyin ümumi əlamət və müddətində asılı olur.Bu səbəblə də, bozumtul axıtının hiss olunması zamanı həkimə müraciət etmək lazımdır.

Yalnız həkim diaqnozundan sonra dəqiq diaqnoz qoymaq mümkündür.Hamiləliyin ən təhlükəli dövrü - ilk trimestr hesab olunur.Məhz hamiləliyin bu dövründə bütün xoşagəlməz əlamətlər demək olar ki, özünü göstərməyə başlayır.
.

loading...
Oxşar xəbərlər