Hamiləlik Zamanı Ağızda Quruluq Səbəb və Mübarizə Yolları
Aile.fenomen.az saytı məlumat verir ki,
Hamiləlik zamanı ağızda quruluq hissini demək olar ki, bir çox hamilələr hiss edir.Bəs görəsən, bu normal haldır, ya pataloji ?Belə vəziyyətlərdə nə etməliyik ?
Hamiləlik dövründə ağızda quruluq hissinin olması nə ilə əlaqəlidir ?
Bu narahatlıq hissi əslində bir sıra xəstəliklərin xəbərçisi ola bilər.Bunlar,
- Hormonal dəyişikliklərin hesabına yaranan şəkərli diabet
- Hormonların dəyişilməsi ilə əlaqəli baş verən maddələr mübadiləsinin dəyişməsi
- Anemiya ( qan azlığı)
- Infeksiyalar
- Soyuqdmə xəstəlikləri
- Insult
- Şerqen sindromu
Bu problemlə rastlaşdıqda özünüz özünüzü də müalicə edə bilərsiniz.
Ev şəraitində ağızda quruluqla necə mübarizə aparmaq olar ?Bu o qədər də çətin deyil.Sadəcə aşağıdakı qaydalara riayət edin.
- Öz sağlamlığınıza diqqət yetirin.
- Qidalanmaniz xüsusi ehtiyatla yanaşın, duzlu, şirin, acı, qəhvə və qazlı içkilərdən imtina edin.Bu məhsullar orqanizmin duz – su mübadiləsini pozur.
- Mümkün qədər çox maye qəbul edin.Vacib deyil ki, böyük su ilə dolu qabı birdəfəlik içəsiniz.Sadəcə gün ərzində bitdikcə fincanınızı doldurub su içməyiniz kifayətdir.
- Ağzınızı tez – tez sərin su ilə isladın.
- Burnunuzla nəfəs alın.
- Yeməyinizə ürəkli şəkildə istədiyiniz ədvaları əlavə edin.
- Yavaş – yavaş və asta şəkildə buz sümrə bilərsiniz.Lakin. bunu asta şəkildə, xəstələnmədən etməyi unutmayın.