Şəkərli Diabet Xəstəliyinin İlkin Əlamətləri
Aile.fenomen.az saytı sağlamlıq mövzusunda məlumatlar paylaşmağa davam edir.
Xalq arasında qısaca şəkildə şəkər kimi adlandırılan şəkərli diabet xəstəliyi son illər insanlar arasında artmaqdadır.Bu xəstəliyin yaşı yoxdur.Ona həm yaşlı, həm cavan, həm də uşaq orqanizmində rast gəlmək olar.
Şəkərli diabet orqanizmdə insulinin dövr etməsindən və qanda şəkərin miqdarının artıb – azalmasından yaranır.
Bu xəstəliyə heç bir şəkildə dırnaqarası yüngül baxmaq olmaz.Əksinə, ağır və təhlükəli xəstəliklərdən hesab olunur.Ən ağır fakt isə budur ki, Şəkər xəstələrinin sayı nəinki ölkəmizdə, eləcə də bütün dünyada günü – gündən artmaqdadır.
Məhz elə bu göstəriciyə əsasən, şəkərli diabet xəstəliyinin ilkin və əsas əlamətləri haqqında insanların bilgisinin olması çox vacibdir.
Şəkərin ilkin əlamətləri hansılardır ?
Şəkər xəstəliyinin ilkin əlamətlərinə susuzluq, daimi yanğı hissi, ağızda quruluq hissi və tez – tez sidiyəqaçma halları aid edilir.
Bunlardan başqa, gözlə görünən əlamətlərdən biri də sürətli zamanda bədən kütləsinin itirilməsi – arıqlamaqdır.
Dəri səthində iltihabların yaranması, cinsiyyət və qida – boru sistemində ağrıların olması da şəkərin əlamətlərindəndir.