Daban çatları sizi tez-tez narahat edirsə, şəkərinizi yoxlayın
Şəkərli diabet xəstəliyinin ilk simptomları arasında dabanlarda tez-tez çatların əmələ gəlməsi ola bilər. Çatlar dərin olur, heç bir müalicə tədbirlərinə baxmayaraq sağalmır. Bütün bunların səbəbi qanda şəkərin yüksək səviyyədə olmasıdır. Şəkərli diabet zamanı damarlar və kapilyarlar ciddi zədələnir. Bu isə orqanizmdə qan dövranının pozulmasına səbəb olur. Ayaqların qan dövranı kəskin pozulur, dəri ona lazım olan maddələri ala bilmir və bu da dərinin sağlamlığına mənfi təsir edir. Bundan əlavə şəkərli diabet zamanı dəridə olan tər və piy vəzlərinin fəaliyyəti də pozulur, dəri çox quru olur, qabıq verir. Bütün bunlar dabanlarda çatların və xoraların əmələ gəlməsinə səbəb olur. Beləliklə daban çatları sizi tez-tez narahat edirsə, buna biqanə yanaşmayın. Bu çox ciddi xəstəliyin ilk simptomlarından biri ola bilər. (saglamolun.az)