Hamiləlik zamanı QRİP

loading...

Hamiləlik zamanı QRİP

 
 
 Aile.fenomen.az saytı hamilələr və qadınlar bölməsinə aid məlumat paylaşacaq.

 

Qrip xəstəliyinə çox zaman ciddi xəstəlik kimi baxmasaq da, bildirməliyik ki, bu xəstəliyə zamanında müdaxilə edilməzsə, ağır nəticələrlə rastlaşa bilərik.Xüsusilə də bu hal hamilə xanımlara aiddir.

 

Çünki, belə zamanda  qripə tutulan hamilənin burnu tutulur, nəfəsalması çətinləşir, ümumi vəziyyət pisləşir, baş ağrıları və yuxusuzluq əziyyət verməyə başlayır.Ən çətini isə odur ki, qripdən sağala bilmək üçün hamilə qadın hər dərmanları qəbul edə bilməz.

 

Hamiləlik zamanı qripə tutulmağın səbəbləri nədir ?

 

Hamiləlik dövründə qrip olmağın səbəbi ya hamilənin viruslu infeksiyaya tutulması ya da allergiya səbəbi ilə ola bilər.

 

Viruslu infeksiya səbəbi ilə

 

Viruslu infeksiya səbəbi ilə baç verən qripin əlamətləri boğaz ağrıları, öskürək, ümumi bədən temperaturunun yüksəlməsi və əzələlərdə " qırıqlıq " hissinin olmasıdır.

 

Allergiya səbəbi ilə

 

Allergiya səbəbi ilə baş verən qrip zamanı burunda qaşıntı, asqırma, burunda çətinləşmiş tənəffüs əlamətləri xarakterikdir.

 

Daha bir səbəb isə, hamiləlik zmanı qadın orqanizmində hormonal dəyişikliklərin baş verməsidir.Hormonal səbəblərlə baş verən qrip 3 – 4 cü aylarda baş qaldıra bilər və ta doğuma qədər hamilələri izləyə bilər.

 

Bəs qripdən necə müalicə olunmaq mümkündür ?

 

Hər bir halda səbəbindən asılı olmayaraq, qrip olduğu zaman hamilə qadın həkimə müraciət etməlidir.

Səbəbindən asılı olaraq isə, əgər viruslu infeksiya səbəbi ilə yaranıbsa, o zaman orqanizmin qapdığı viruslu infeksiyaları bədəndən çıxarmaq yolunda müalicələr aparmaq lazımdır.

Yox əgər, səbəbə allergiya aiddirsə, o zaman sizdə allergik hal yaradacaq mühitdən, qidalardan uzaq durmalısınız.

 

 

 

 

loading...
Oxşar xəbərlər