UŞAQ ALLERGİYASI, səbəb və müalicə üsulları
Aile.fenomen.az saytı valideynlərin diqqətini çəkəcək məlumat bölüşür.
Hər il uşaqlarda allergiya diaqnozu get – gedə çox rast gəlinməyə başlayır.Bu statistikanın artmasının bir çox səbəbləri var, məsələn, ətraf mühitin çirklənməsi ilə, kimyəvi maddələrin çoxluğu ilə, hətta ananın körpəsini ana südü ilə qidalandırmamsı səbəbi ilə və s. səbəblər üzündəndir.
Qida səbəbi ilə yaranan allergiya həm ana südü ilə qidalanan körpələrdə, həm də süni yeməklərlə qidalanan körpələrdə rast gələ bilər.
Allergiyanın yaranma səbəbini necə öyrənə bilərik və uşağa bu xəstəliklə mübarizədə necə kömək edə bilərik ?
Körpələrdə allergiyanın əlamətləri.
Allergiya – immun sistemi tərəfindən qıcıqlandırıcıya verilən xüsusi müdafiə prosesidir.
Allergik reaksiyalar orqanizmin infeksiyalardan müdafiə olunmasını göstərən siqnaldır.Uşağın ilk növbədə nədən, hansı qidadan, sudan və s.- dən allergiya tutduğunu bilmək lazımdır.
Allergiyanın uşaqlarda yaranma səbəbləri :
- İrsi faktorlar – 98% hallarda allergik narahatçılığı olan valieynlərin eyniadlı narahatlıq onların körpələrində də müşahidə olunur.Və cavab reaksiyası da həmçinin eyni olacaq, valideyn nəyə qarşı allergik narahatçılıq duyursa, körpənin də eyni şeyə allergiyası olur.
- Hamiləlik zamanı ananın düzgün olmayan qida rasionu – adətən, hamilənin qida siyahısından allergik reaksiyanı qıcıqlandıracaq qidalar çıxarılır.Əgər ana hamiləlik dövründə öz qida rasionuna düzgün riayət etməzsə, bu normal olaraq körpənin sağlamlığında özünü büruzə verəcək.
- Süni uşaq yeməkləri – qeyd etməliyik ki, süni qidalarla qidalanan körpələr təbii ana südü ilə qidalanan körpələrə nisbətən bir neçə dəfə daha çox allergik reaksiyalara məruz qalırlar.
- Uşaqların yeməyinə diqqət olunmalıdır – çalışın ki, övladınızı hər yaş dövrünə uyğun qidalandirasınız.Çünki övladınızı yaşına uyğun olmayan " aqressiv " qidalarla qidalandırdıqda bu allergik vəziyyətin yaranması üçün şərait yaradır.