Uşaqlarda allergiya

loading...

Uşaqlarda allergiya

 

UŞAQLARDA ALLERGİYA
Uşaqların orqanizmi həssas olduğu üçün onlar böyüklərə nisbətən allergik xəstəliklərə daha çox meyilli olurlar. Bu da ən çox yaz aylarında özünü göstərir. Bəs uşaqlarda ən çox hansı allergik xəstəliklər olur?

1. Allergik bronxit
Azyaşlılarda tez-tez rast gəlinən allergik xəstəlikdir. Bəzi allergiyaların ağırlaşmaları zamanı broxların iltihablaşması ilə müşaiyət olunur.

2. Allergik rinit
Ən çox yaz aylarında rast gəlinən allegik xəstəlikdir. Çiçək tozcuqlarının, havada olan tozların, tüklü oyuncaqların burunu qıcıqlandırması nəticəsində əmələ gələn allergik xəstəlikdir.

3. Qida allergiyası
Adətən körpə yaşlarından müxtəlif qida vasitlərinə qarşı olan allergik xəstəlikdir. Xəstəlik özünü dəridə qızartılarla biruzə verir.

4. Allergik dermatit
Allergik dermatit körpələrin inək südü ilə qidalandıqları zaman ortaya çıxır. Özünü üzdə, ağız ətrafında və boyunda olan qızartılarla biruzə verir.

5. Dərman allergiyası
İmmun sistemi möhkəmlənməmiş və genində dərmanlara qarşı həssaslıq olan uşaqlarda müşahidə edilir.

6. Heyvanlara qarşı allergiya
Heyvanları sığallayarkən və ya toxunarkən əllərdə və üzdə səpgilərlə müşaiyət olunur.

7. Həşəratlara qarşı allergiya
Həşərat sancması zamanı baş verir.

8. Anafilaktik şok
Bəzi uşqlarda antibiotiklərə qarşı olan allergiya zamanı, məlumatsızlıqdan antibiotik qəbulu zamanı baş verir. Bəzən arı sancması nəticəsində də ola bilir. Vaxtında və düzgün müdaxilə olunmazsa ölümlə nəticələnir.

 

immunitet.az

 

 

loading...
Oxşar xəbərlər