VALİDEYNLƏR, DİQQƏT: Uşağın iştahı yoxdursa və çəkisi azalırsa...

loading...

VALİDEYNLƏR, DİQQƏT: Uşağın iştahı yoxdursa və çəkisi azalırsa...

 Pediatr Günay Rəsulovanın uşaqlarda iştahsızlıq və çəki azlığının səbəblərinə dair yazısını təqdim edirik.


İştahsızlıq uşaqlar arasında tez-tez rast gəlinən və valideynlərin ən çox narahatçılığına səbəb olan durumdur. İştahsız uşaqlar bəzən çəkidən geri qalır, bəzən də valideyn tərəfindən iştahsız hesab edilən uşaq tamamilə normal çəkidə ola bilir. Belə halda iştahsızlığın səbəbini dəqiqliklə araşdırmaq lazımdır. Uşaqlarda iştahsızlıq fizioloji (normal hesab edilən) və patoloji (hər hansı bir xəstəliyə bağlı) olur. Fizioloji iştahsızlıq məsələn,
uşaqda dişçıxarma dövründə görülən keçici hal ola bilir. Bundan başqa 1 yaşdan sonra böyümə sürətinin azalmasına bağlı qida tələbatının azalması səbəbilə uşaqlarda normal olaraq iştah əvvəlkindən aşağı olur. Eləcə də, əlavə qidaya keçid dövründə yeni dadlara uyğunlaşmaya bağlı da keçici iştahsızlıq yaranır.


Patoloji iştahsızlığa aşağıdakı xəstəliklər səbəb ola bilər:
 

- Virus infeksiyaları
 

- Sidik yolu infeksiyaları
 

- Orta qulaq-burun-boğaz infeksiyaları
 

- Virus hepatitləri
 

- Bağırsaq infeksiyaları
 

- Yuxarı və aşağı tənəffüs yolu infeksiyası və s.
 

Bu xəstəliklər zamanı uşaqlarda 1 -2 həftəyə qədər iştahsızlıq ola bilir. Amma uşaqlarda iştahsızlıq 3 həftədən uzun müddət davam edərsə və çəki itirməsi varsa, bir sıra xroniki xəstəliklər inkar olunmamalıdır. Bunlardan:
 

- Vərəm xəstəliyi


- Mədə bağırsaq xəstəlikləri (Reflyuks xəstəliyi, qastritlər, bağırsağın bəzi anadangəlmə xroniki xəstəlikləri)


- Qurd xəstəlikləri
 

- Parazitar xəstəliklər
 

- Anemiya (qanazlığı) və qan xəstəlikləri
 

- Onkoloji xəstəliklər
 

- Qaraciyər,ürək və xroniki böyrək xəstəlikləri və s.
 

Beləliklə, əziz valideynlər, övladınızda uzun müddət davam edən iştahsızlıq və çəki azlığı şikayəti varsa, bunun səbəbini müəyyənləşdirmək və əsasında duran ciddi bir xəstəliyin vaxtında diaqnostikası üçün mütləq pediatra müraciət etmək lazımdır.


loading...
Oxşar xəbərlər