Körpəniz yeməkdən sonra hıçqırırsa bunun səbəbləri nədir ?
Aile.fenomen.az saytı körpələri olan valideynləri maraqlandıracaq xəbər bölüşəcək.
Gənc valideynlər südəmər körpənin əmdikdən sonra hıçqırıq halı ilə rastlaşdıqda bu zaman qorxu və narahatlıq hissi keçirirlər, lakin bu halın olması heç də qorxulu deyil.
Hıçqırma – körpənin bəzi qıcıqlandırıcılara olan reaksiyasıdır.
Hıçqırma adətən bilavasitə qida qəbulu ilə bağlıdır.Bunun səbəbi isə yenidoğulmuş körpənin mədə - bağırsaq sisteminin təzə - təzə inkişaf etməsidir.Bu vəziyyətdə isə körpəni yalnız hıçqırma deyil, həmçinin qaz problemi də üzə çıxır.
Qidalanmadan sonra körpənin hıçqırmasının səbəbi nədir ?
Körpə ilə baş verən bütün hallar haqqında ananın məlumat və hissiyatı olur, hıçqırma da həmçinin.Körpənin qida boru sisteminə düşən suyun qıcıqlanması, yəni körpənin diafraqmasının yeni qidaya olan cavab reaksiyasından hıçqırma yaranır.
Hıçqırmanın baş verməsi reflektor xarakter daşıyır.
Südəmər körpənin hıçqırmasına səbəb olan ümumi amillər
Körpə yalnız qidalanmadan sonra deyil, süd yaxud xüsusi uşaq yeməyi qarışımlarını qəbulu zamanı da hıçqıra bilər.Hıçqırmanı bu cür amillər daha çox aktiv edir :
<!-- [if !supportLists] --> 1) <!-- [endif] --> Mədə divarlarının genəlməsi səbəbi ilə diafraqmaya olan təzyiq zamanı
<!-- [if !supportLists] --> 2) <!-- [endif] --> Bağırsaqda qazın artması və əzələlərin gərginləşməsi zamanı
<!-- [if !supportLists] --> 3) <!-- [endif] --> Qida – boru sisteminə havanın daxil olması zamanı
Sonuncu amil xüsusilə süni uşaq yeməkləri və smeslərlə qidalanan körpələrdə daha çox rast gəlinir.Ola bilər ki yemək qabının əmzik hissəsi həddindən artıq böyükdür və qida qəbulu zamanı körpə hava da uda bilər.