Körpələrinizi süni qidalardan qoruyun
Körpələrinizi süni qidalardan qoruyun.
Körpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.
Ümumiyyətlə körpələrə 3 cür qida təyin edilir:
* təbii
* süni
* qarışıq.
Təbii qidalanma dedikdə ana südü ilə qidalanma nəzərdə tutulur. Bu cür qidalanma daha keyfiyyətli qida hesab edilir. Çünki ana südünün tərkibində körpənin normal və sağlam böyüməsi üçün lazım olan yağ, zülal, vitamin, duzlar var. Pediatrlar körpələrin sağlam böyüməsi və uşaq ölümünün azalması üçün ana südünün əvəzsiz bir nemət olduğunu vurğulayırlar. Çünki statistikanın hesablamalarına görə süni qidalarla böyüyən uşaqlar arasında uşaq ölümünün daha çox olduğu sübuta yetirilmişdir. Dünya pediatrları süni qida maddələrinin uşaqlar üçün təhlükəli olduğunu qeyd edir. Onlar ana südü ilə böyüyən uşaqların xəstəliklərə qarşı daha davamlı olduğunu hər dəfə qeyd edir və belə körpələrin gələcək həyatlarında da sağlam həyat tərzi yaşadıqlarını qeyd edirlər.
Süni qida ana südünü əvəz edə bilməmələrilə yanaşı, tərkiblərində zərrərli maddələrin olması ilə körpələrin həyatını risqə atır. Braziliyada aparılan araşdırmalar süni qidalarla qidalanan uşaqlar arasında ishal xəstəliyinin ana südü ilə qidalanan uşaqların sayından 17 dəfə, sətəlcəmin isə 6-8 dəfə artıq baş verdiyini sübut etmişdir.
Mütəxəssislər ana südü ilə böyüyən uşaqların böyüyəndə cəmiyyət üçün daha xeyirli bir insan olduqlarını da sübuta yetirməyə çalışmışlar. (immunitet.az)