Əmizdirən analar daha aqressiv olur!

loading...

Əmizdirən analar daha aqressiv olur!

UCLA (University of California, Los Angeles) Sağlamlıq Psixologiyası fakültəsinin apardığı araşdırmalar əsnasında məlum olmuşdur ki, körpələrini ana südü ilə əmizdirən analar digər qadınlara nisbətdə daha aqressivdirlər.  Mütəxəssislər əmizdirmənin "ana ayı” effektinə malik olmasını kəşf etmişlər. Bu effekt lazımi vaxtda əmizdirən anaların özlərini və körpələrini qorumaq üçün əlavə cəsarət kimi özünü göstərir.
Araşdırmada iştirak edən tətqiqatçı Jennifer Hahn-Holbrook qeyd edir ki, aqressivlik dedikdə ananın aciz və köməksiz körpəsinə zərər gəldikdə daha çox mühafizə etməsi nəzərdə tutulur.
Bundan əlavə olaraq, Psychological Science  jurnalına əsasən bu cür aqressivlik təkcə insanlarda deyil, hətta əmizdirən meymun, sıçan, maral, şir, qoyun və bir sıra digər heyvanlarda da müşahidə olunur.
Elmi cəhətdən sübut olunan aqressivlik fonunda əmizdirən anaları lap əsəbdən çıxaran bir sıra məqamlar da vardır. İlk nöbvədə körpənin qulluq və qidalandırılması məsələlərinə edilən müdaxilələr, məsləhətlər və suallar səbrin tükənməsinə və aqressiyanın yaranmasına münbit zəmindir. Bu problemlə nəinki, Azərbaycanda hətta dünyada olan bütün qadınlar üzləşirlər. Bu səbəbdən canibreastfeedinit.uk saytı əmizdirən anaları lap hövsələdən çıxaran sualları toplayıb oxuyucularına həvalə etmişdirlər. Bu suallardan ən maraqlılarını seçib və öz təcrübəmizdə rast gəldiyimiz məqamları əlavə edib oxuyucularımıza təqdim edirik:

"Südün varmı?”
"Qorxmursan ki, əmizdirmə döşlərinin sallanmasına səbəb olacaq?”
"Körpəni acından öldürməkdənsə, nədən ona sadəcə süni qida vermirsən?”
"Bəlkə uşağın sənin südünün dadından heç xoşu gəlmir?”
"Mənim uşaqlarım süni qida ilə böyüyüblər, şükür göz qabağındadırlar!”
"Uşaq belə tez-tez döş istəyir? Yəqin sənin kifayət qədər südün yoxdur, ona görə də doymur!”
"Körpə səni lap əmzik əvəzi eliyib ki, bu qədər döş əmmək olar? Doğurdan ağzına nəsə gedir?”
"Uşaq bütün gecəni yatmır? Bəlkə ona yatmamışdan əvvəl bir şüşə süni qida verəsən?”
"Özünü lap şəhid edirsən. Süni qida versəydin, uşağı kiminləsə qoyub çıxa bilərdin, yoxsa belə bütün günü uşağa bağlısan!”
"Uşaq neçə ml yeyir? Hardan bilirsən ki, kifayət qədər süd alır?”
"Uşağı nə vaxt döşdən kəsmək fikrindəsən? Qorxmursan məktəbə kimi döş yeyəcək?”
"1 yaşından sonra ana südünün heç bir faydası qalmır. Əmizdirməyi davam etməyi planlaşdırırsan?”
(vib.az)

 

loading...
Oxşar xəbərlər