Anaların daha çox yuxuya ehtiyacları var

loading...

Anaların daha çox yuxuya ehtiyacları var

210 orta yaşlı qadınların və kişilərin iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən məhz qadınların yuxusuzluqdan ciddi sağlamlıq problemləri yaşadıqları məlum oldu. Alimlər qeyd edirlər ki,  kişilərlə eyni dərəcə olan yuxusuzluq qadınlarda daha ciddi problemlərə səbəb olur. Bu problemlərə hətta despressiya və əsəbilik də aiddir. Loughborough Universitetinin Yuxu Araşdırmaları Mərkəzinin direktoru, "Sleepfaring : A Journey Through The Science of Sleep" kitabının müəllifi, professor Jim Horne qeyd edir:  "Yuxunun ən başlıca funksiyalarından biri beynin özünübərpa və "təmir" etməyidir. Dərin yuxu zamanı beyinin düşünmə, danışıq və yaddaş hissəsi bütün digər üzvlərdən ayrılaraq, özünü bərpa rejiminə keçir".

Yeri gəlmişkən hisslər haqqında da alimlərin yeni nəticələri var. Ən çox yayılmış məlumata görə insanın 5 duyğu üzvü vardır. Bu fikirin banısı Aristotel olmuşdur və o əsas duyğuları-dad, toxunuş, iy, görmə və eşitmə hislərini təsnif etmişdir. Əslində isə insan daha çox duyğu hislərinə malikdir. Alimlər müasir müşahidələrə əsasən 20-yə yaxın duyğu hisləri müəyyən etmişlər. Bunların sırasına termosepsiya (hərarəti duymaq), ekvilibrosepsiya (tarazlıq hissi),propriosepsiya (bədən hissələrinin məkan hissiyatı) aiddir.

Professor həmçinin qeyd edir ki, insan beynini gün ərzində nə qədər çox işlədərsə onun bərpası üçün bir o qədər çox yuxu ehtiyacı yaranır. Qadınlar çox funsiyalı düşünmə qabilyyətinə malik olduqlarından onların beyninin kişilərin beyninə nisbətdə daha çox yuxuya ehtiyacı olur. Qadınların hormonal fonun və beyin fəaliyyətinin daha mürəkkəb olduğu səbəbdən rahatlanmağa və bərpa olmağa daha çox vaxt tələb olunur.

Alimlər hətta qadınların nə qədər daha çox yuxuya ehtiyacları olduğu müddəti də hesablaya bilmişlər. Bu təxminən 20 dəqiqə kişilərin orta yuxu müddətindən daha çoxdur. Bəzi qadınlarda 20 dəqiqədən bir az çox və ya bir az az yuxu ehtiyacı müşahidə edilmişdir.

Üstəlik nəzərə almaq gərəkdir ki, uşaqlı ananın gecə yuxusu keyfiyyət cəhətdən atanın yuxusundan qat-qat pisdir. Bu uşaqların gecə oyanması və ana tərəfindən yenidən yatdırılması ilə əlaqədardır. Nəticədə anaların əksəriyyəti dərin və uzunmüddətli yuxuya malik deyillər ki, bu da vəziyyəti daha da gərginləşdirir. (vib.az)


loading...
Oxşar xəbərlər