HAMİLƏLİK zamanı Bel Ağrıları və Onu Yüngülləşdirəcək Vasitələr

loading...

HAMİLƏLİK zamanı bel ağrıları və onu yüngülləşdirəcək vasitələr

Aile.fenomen.az saytı hamiləlik haqqında faydalı məlumatlar bölüşməyə davam edir.

Hamiləlik və ana olmaq hər bir qadının istəyidir.Çünki bu müqəddəs hissi dadmaq hər qadının arzusudur.Hamiləlik dövründə qadınlar normal olaraq bir sıra çətinliklər və ağrı ilə üzləşirlər.Bu ağrılardan ən geniş yayılmışlarından biri isə bel ağrılarıdır.

Hətta uzun müddət həsrətində olunan və xoşbəxt hamiləlik zamanı belə xanımlar bel ağrıları ilə üzləşə bilirlər.Zaman anlayışı isə fərqli olur.Kiminsə ağrıları elə ilk aylardan başlayır, kiminsə ağrısı son aylarda meydana çıxır.Bəzi hamilələr isə bu ağrıdan elə ilk aylardan sona kimi əziyyət çəkirlər.Statistikaya görə bu görə hamilələrin 74% - i bu ağrıdan əziyyət çəkir.

Bel ağrısı həm ciddi problemlər üzündən, həm də ötəri ağrı da ola bilər.Bunu fərqləndirə bilmək üçün sizinlə bir neçə məsləhətlər bölüşəcəyik.

Əgər aşağıda qeyd olunan ağrılar hamilə qadında özünü göstərirsə, həkimə müraciət mütləqdir.

  1. Tutma şəkilli ağrılar zamanı
  2. Sidikqaçırma
  3. Sidiyin rənginin boğuq olması
  4. Yumurtalıqda tonusun yüksək olması (bu zaman hamilənin qarın hissəsi top kimi şişir və qarında güclü gərginlik hissi yaranır )
  5. Qan yığıntılarının ifraz olunması
  6. Səbəbli və səbəbsiz şəkildə temperaturun yaranması

 Yüngül bel ağrınız olduğu zaman isə edəcəyiniz bir sıra vasitələr onun ağrısının azalmasına səbəb olacaq.Beləliklə, bu ağrılar zamanı sizin edəcəkləriniz :

  1. Hamilələr üçün yastıqdan istifadə etmək
  2. Hamilələr üçün xüsusi bandajdan istifadə etmək
  3. Hovuz, yoqa, aerobika kimi yüngül və xeyirli məşğuliyyətlər etmək
  4. Yüngül və incə masaj
  5. Qidalanmaya xüsusi diqqət etmək
  6. Düzgün ayaqqabı seçimi
  7. İsti vannanın qəbulu.

 

loading...
Oxşar xəbərlər