HAMİLƏLİK ZAMANI normal çəki necə olmalıdır ?
Aile.feomen.az saytı xanımları, eləcə də onların həyat yoldaşlarının diqqətini çəkəcək məlumatı paylaşacaq.
Hamiləlik zamanı ananın necə və nə qədər çəki alması dölün necə inkişaf etməsi barəsində xəbər verən mühüm parametrlərdən biridir.Çəki alma hər hamilədə fərqli cür olur, çünki hər hamilənin doğum müddəti də fərqli olur.
Bəzi hamilələr həddindən artıq çox çəki yığdığı halda, digərlərinin hamilə olması demək olar ki, heç o qədər nəzərə də çarpmır.Hamiləlik zamanı hər qadın öz çəkisinə xüsusi diqqət yetirməlidir, çünki həddindən artıq çox çəki alma uşağın inkişafına da böyük mənfi təsir göstərə bilər.
Hamiləlik zamanı normal çəki nə qədər olmalıdır ?
Hamilə qadınların çəkisi pillə pillə fərq etməlidir, nə qəflətən artmalı, nə də ki, normasından az olmamalıdır.Kifayət qədər olmayan çəki dölün inkişafsız qalması üçün potensial imkan yaradır.Həmçinin belə vəziyyətdə hamilələrin hormonal ehtiyatı pozulur, bu da onda dəyişmələr və pozulmaların baş verməsinə səbəb olur, nəticədə isə bu, vaxtından erkən doğuma, pis halda isə düşüklərə səbəb olur.
Əgər hamilə qadın qəfil çəki itkisi yaşayırsa, mütləq həkimə müraciət etməlidir, çünki bu normal hal deyil.Hamiləlik zamanı çəkisi normadan az olan qadınların eyni problemli övladları dünyaya gəlir.Bu çatışmazlıq uşağın həm fiziki, həm də psixoloji çatışmazlığına səbəb ola bilər.
Nəzarətsiz şəkildə çəkinin artması – bu da hamilələr üçün qorxulu siqnaldır.Əgər aşağıda qeyd olunan tendensiyaya uysanız bu norma sayılır :
ilk 3 ay ərzində çəki artımı 4 kq – dan çox olmamalıdır ;
ikinci 3 ay ərzində çəki hər ay ərzində 1,5 kq – a qədər və bir az daha çox artır ;
üçüncü 3 ay ərzində isə həftəyə 800 qr artım olur.
Xüsusilə şəkərli diabetdən əziyyət çəkən xanımlar artıq çəki problemini daha ağır keçirirlər.Həmçinin çəkinin çox alınması nəticəsində xanımların ayaqlarında varikoz və qestoz kimi problemlər yaranır.