Hamiləlik zamanı düzgün qidalanma - Uşağın normal inkişafı üçün

loading...

Uşağın ağıllı olmasını istəyirsinizsə, bunları yeyin - HAMİLƏLƏR, DİQQƏT

Hamiləlik zamanı qadın düzgün və tam dəyərli qidalanmalıdır. Bu, uşağın normal inkişafı üçün olduqca vacibdir. Araşdırmalar sübut edir ki, hamiləlik zamanı pis qidalanan, ac qalan qadınların uşaqlarında inkişaf geriliyi qeyd olunub.

 

Uzun müddətli müşahidələr nəticəsində alimlər belə qərara gəliblər ki, hamiləlik zamanı yodun cüzi də olsa çatışmazlığı gələcəkdə uşağın nitq inkişafına böyük təsir edir. Belə uşaqlar daha gec danışmağa başlayır, məktəbdə yazı yazmaqda və oxumaqda çətinlik çəkirlər.

 

Hamiləlik zamanı qadın orqanizminin yoda olan tələbatı artır və təxminən 250-300 mkq təşkil edir. Müqayisə edin - hamilə olmayan qadınlar üçün gündəlik norma 150-200 mkq təşkil edir. Bu səbəbdən hamilə qadın yodlaşdırılmış duzdan istifadə etməli, bu mineralla zəngin olan məhsulları öz rasionuna tez-tez daxil etməlidir.

 

Nəzərə almaq lazımdır ki, yod dəniz balığı və dəniz məhsullarında xüsusilə çoxdur, digər məhsullarda isə bu mineral daha azdır. Bu səbəbdən hamilə qadının rasionunda mütləq balıq olmalıdır.

 

Yodla zəngin olan məhsullar:

- Dəniz balığı və dəniz məhsulları (tunes, treska və traska balığın qara ciyəri, xan balığı, qızılbalıq, xek, krevet, krab)

- Dəniz yosunları (laminariya)

- Feyxoa

- Qoz

- Şampinyon

- Xurma

- Süd, pendir

- Yumurta

- Banan

- Lobya, noxud

- İspanaq

- Portağal

 

Lazım olduqda həkim hamilə qadına tərkibində yod olan preparatları təyin edə bilər.


 

loading...
Oxşar xəbərlər