Hamiləliyin ilkin əlamətləri və Toksikozla mübarizə yolları
Aile.fenomen.az saytı hamilə xanımlar üçün maraqlı məlumat bölüşməyə davam edir.
Hər bir normal qadın həyatında ana olmaq hissini dadmaq istəyir.Xanımların bu vəziyyətdə olub – olmadıqlarını bilmələri onun üçün vacibdir ki, onlar ailəyə yeni fərdin gəlib – gəlməməsini bilsin.Qadınlarda olan aybaşı vəziyyətinin gecikməsi hələ tam hamilə diaqnozu qoymağa icazə vermir.Bütün bu şübhələri aradan qaldırmaq mütləqdir.
Hamiləlik zamanı toksikozla mübarizə.
Toksikoz demək olar ki, hər hamilə qadının ilk 3 ayında müşahidə edilən haldır və o əsasən, ürəkbulanma, qusma, ba.gicəllənmə və bəzi qidalardan ifrat diksinmə və iyrənmə halları ilə özünü büruzə verir.
Çox nadir hallarda, ana və körpənin həyati təhlükəsi ilə üzləşdikdə toksikoz vəziyyəti zamanı həkimlər dərman preparatları vasitəsilə müalicə təyin edirlər.
Adətən, bir çox gələcəkdə ana olmağa hazırlaşan qadınlar tosikozlu vəziyyət yarandığı an ya bu hala dözməyi, ya da ki, xalq təbabəti üsulları ilə müalicə olunmağı üstün tuturlar.Ürəkbulanmanı yüngülləşdirən bir çox məhsullar, otlar və məlhəmlər mövcuddur, lakin onların da seçimi zamanı maksimum diqqət yetirmək lazımdır.Çünki, sizin üçün heç də məsləhət olunan bütün otlar ziyansız və təhlükəsiz deyildir.
Toksikoz zamanı həyat tərzi və qidalanma.
Toksikozun ilkin əlamətləri həmin insan normal həyata addım atıb, artıq " ayaqlamağa " başlandığı dövrdə baş verir.Bu zaman məhz ürəkbulanma və qusma – qaytarma halları baş verir.Maraqlısı budur ki, toksikoz dolu mədədə deyil, boş mədədə daha çox hiss olunur.Ona görə də, gününüzün xoş və gümrah başlanmasını istəyirsinizsə, sizə bir neçə kiçik məsləhətlər verəcəyik.
- Yatdığınız gecədən səhəriniz üçün çarpayınızın yanına biraz çərəz,quru meyvələr və qurudulmuş çörək qoyun.Səhər oyandıqdan sonra dərhal sadalanan ərzaqlardan bir az yeyin və bir az yatağınızda qalın.Daha sonra asta – asta qalxa bilərsiniz, lakin tələsməyin.Mədəniz artıq boş olmadığı üçün sizin ürəkbulanma halıriskiniz azala bilər.
- Hamiləlik zamanı harada olmağınızdan asılı olmayaraq, qidalanmanıza diqqət edin.Hər zaman üzərinizdə quru meyvə və giləmeyvələrin olmasına çalışın.Bunlar məsələn, alma, limon, çaytikanı,zirinc və bu kimi turş meyvələr ola bilər.Sübut olunub ki, turş meyvələr ürəkbulanma hallarını azaltmağa qadirdir.Həmçinin, nanəli və meyvəli konfetlərdən də istifadə etmək olar.
- Öz qidalanma rasionunuza diqqər edin.Yaxşı olar ki, meeyvə və tərəvəzlərdən öz təbii halında ya da ki buxarda bişirilmiş formada yeyəsiniz.Qızardılmış bütün yeməklər çox ağır və gec həzm olunan, eləcə ürəkbulanma və qusmaya təhrik edən qidalar sırasında hesab olunur.
Hətta ilk 3 ay ərzində hamilə qadının nəyi yeməməli olduğunu bilmək üçün siyahı da tuta bilərik.Beləliklə, bunlar aşağıdakılardır :
Bütün yağlı və qızardılmış məhsullar
Kolbasa və kolbasa məhsulları
Qızarılmış yumurta
Acı və çox ədviyyatlı yeməklər
Soğanlı ərzaqlar
Ağ və rəngli kələmin bütün növlərini
Qəhvə, kola və bu tip içəcəklər
Yadınızda saxlayın əziz xanımlar, gələcəkdə doğulacaq övladlarımızın sağlamlığında nə ilə qidalanacağımızın rolu böyükür.Bunun üçün də hamilələr nə yediklərinə və nə içdiklərinə həmişə diqqət etməlidirlər.