Hamiləlik Zamanı Əllərin Keyiməsi və Əlamətləri
loading...
Aile.fenomen.az saytı hamilələrlə bağlı faydalı sağlamlıq məlumatları paylaşmağa davam edir.
Hamiləlik zamanı qadın tamamilə dəyişilir.Gələcək körpəsinin dünyaya gəlməsi onda eyni zamanda xoşbəxtlik, sevinc kimi hisslərini canlandırır.Lakin sevindirici olmasa da bütün hamilələr hamısı 9 ay boyunca tam sağlam və möhkəm olmurlar.İş burasındadır ki, hamilənin orqanizmi bu 9 ay ərzində gərgin fəaliyyətdə olur və çox zaman da bu gərginliyin sayəsində o öz fəaliyyətini tam bərpa edə bilmir.Nəticədə də ananın orqanizmində müxtəlif xarakterli xəstəlik və çatışazlıqlar oyanmağa başlayır.
Hamiləlik dövründə anaların ən məşhur şikayətlərindən biri də əlləirinin keyiməsidir.Belə olan halda müayinə olunduğunuz həkimə özünüzü mütləq şəkildə gödtərməlisiniz.Gəlin, bu problemin səbəblərini araşdırmağa çalışaq.
Onu qeyd edək ki, hamilələrdə əlin keyiməsi müxtəlif səviyyələrdə ola bilir.Hər qadın fərdi şəkildə bu hissi keçirir.Kimisi sümüklərində sıxlaşma hiss edir, kimisi əllərini ümumiyyətlə hiss edə bilmir, kimi də elə hiss keçirir ki, sanki onun barmaqlarının ucuna minlərcə iynə sancılır.Bütün bunlar hamısı da əllərdə keyləşmə hissinin yaranmasına səbəb olur.
Bu hissi hamilələr çox zaman gecələr keçirirlər.İlk dövrlərdə hamilə qadın elə hiss edir ki, sanki gecə yatdığı zman əllərini səhv və düzgün qoymayıb, keyimə də məhz onunla bağlıdır.Lakin,zaman - zaman görür ki, gün ərzində saat fərqi etmədən barmaqlarını ucu keyiməyə başlayır.Belə əlamətlər isə çox zaman hamiləliyin 2 - 3 aylığında yaranmağa başlayır.
Dərhal onu qey edək ki, belə əlamətlər hiss etdiyiniz zaman qorxu keçirmək yaxud da həyəcan təbili çalmaq lazım deyil.Sadəcə həkiminizlə bu mövzu ilə bağlı məsləhətləşməyiniz daha məqsədəuyğundur.
Tunel sindromu
Tibb mütəxəssislərinin fikirlərinə görə belə narahatlıqların səbəbi məhz bu sindromdur.Buna səbəb isə orqanizmdə olan sümük və əzlələrin gərgin iş fəaliyyətidir.Belə gərginlik nəticəsində də əllərdə olan sinir ucları zədələnir və nəticədə də bu cür problemlər yaranmağa başlayır.
loading...