Hamiləlik Zamanı Qarının Forması Haqqında
Aile.fenomen.az saytı hamilələr haqqında maraqlı məlumatlar paylaşmağa davam edir.
Hamiləlik dövründə ananı hər şey, bütün suallar maraqlandırmağa başlayır. Ananın orqanizmi təbii olaraq dəyişikliyə uğrayır və ana da normal olaraq maraqlanır ki, hər an orqanizmində nələr baş verir.
Əgər ananın ilk hamiləliyidirsə, analar xüsusi maraq və həyəcanlı olurlar.Onları maraqlandıran başqa da ən vacib sual bu olur – görəsən qarnım nə vaxt böyüyəcək?
Ananın bətni nə vaxt böyüməyə başlayır ?
Hər mütəxəssisin sözlərinə görə, hər ananın qarnının böyümə qrafiki fərqli şəkildə baş verir.Buna görə də, hər hansı bir bəlli norma qoymaq çətindir.Lakin, bir çox praktik halları üst – üstə qoysaq belə demək olar ki, ananın qarnı artıq 16 – cı həftədən böyüməyə başlayır.Bu hal bəzən bir qədər fərqli olur – ya bir qədər tez, ya da gec.
Qarının bilinməsi və böyüməsi prosesinə təsir edən bir sıra faktorlar mövcuddur :
Hamilənin orqanizminin anatomik xüsusiyyətləri – qarının yaranmasına ananın yalnız çəkisi yox, boyu və bədən quruluşu da təsir edir.Çox zaman kiçik boylu və çəkili xanımların qarnı da kiçik olur ;
Neçənci hamiləlik olması faktoru ;
İrsi faktorlar ;
Dünyaya gələcək körpənin özünün çəkisi, boyu və bədən quruluşu .