Ananın növbəti hamiləliyi haqqında ailənin böyük övladına necə xəbər vermək lazımdır ?

loading...

Ananın növbəti hamiləliyi haqqında ailənin böyük övladına necə xəbər vermək lazımdır ?

Aile.fenomen.azsaytı tezliklə ailəyə yeni fərdin gəlişini gözləyən ailələr üçün maraqlı ola biləcək məlumat paylaşır.

Məsələn, fərz edək ki, hamiləlik xəbərini sizin yoldaşınız, ailəni hər iki tərəfən olan böyükləri bilir və bu xəbərə hər kəs seviir.Lakin, əgər bu artıq ananın ikinci hamiləliyidirsə, o zaman ortaya belə bir sual çıxır – ailəyə daha bir bacı və ya qardaşın gələcəyi xəbərini birinci uşağa necə xəbər vermək lazımdır ?

Bu vəziyyətdə bir sıra hallar mümkündür.Bunlar aşağıdakılardır :

  1.  Əgər sizin ilk övladınız hələ çox kiçikdirsə,bunu ona deməyə çox da tələsməyin.Bu xəbəri ona artıq ananın qarnını böyüməsi bəlli olduğu zaman da desə kifayətdir.Lakin uşağa bu xəbəri çatdırarkən ən vacib nuans budur ki, birinci övlad bu mühüm xəbəri nə nənə yaxud da babasından, nə başqa qohumdan, nə də hər hansı dostundan deyil, məhz ananın özündən eşitməlidir.

 2.    Xəbəri uşağa dedikdən sora çalışın ki, hər detalı çox da açıq – aşkar deməyin.Yalnız uşağınız hansı sualı verirsə, elə ona cavb verin, bu nə artıq nə də əksik olmalıdır.

 3.   Bu şad xəbəri övladınıza verdikdən sonra ondan qəti şəkildə uzaq urmayın, tam əksinə onun xoşbəxt olmasını təmin edi.Tez – tez övladınızla söhbət edin, yeni bacı yaxud da qardaşını nə qədər sevəcəcəyini söyləyin, birlikdə oynayacaqlarını, əylənəcəklərini, mahnılar oxuyacaqlarını, onunla çox gözəl vaxt keçirəcəklərini söyləyin.

 4.    Təqvim cədvəlində elə ilk övladınızla birlikdə yeni körpənin gələcəyi vaxtı, günü , ayı qeyd edin.Onu səbrsizliklə gözlədiyinizi, eyni zamanda da hər iki övladınızı çox sevdiyinizi hiss etdirin.

loading...
Oxşar xəbərlər