Plansız baş verən HAMİLƏLİK, bu zaman NƏ ETMƏK LAZIMDIR ?
Aile.fenomen.az saytı maraqlı xəbər bölüşür.
Statistika da göstərir ki, 80 % - dən çox ailələrdə hamiləlik plansız şəkildə oları yaxalayır.Lakin, elə məhz bu hiss təbiətin bəxş etdiyi ən gözəl hissdir.Beləliklə, gözləmədiyiniz anda siz öyrəndiniz ki, artıq hamiləsiniz.Test çubuğunda iki xətt görən yaxud da ki, USM – də hamilə olduğunu öyrənən qadında müxtəlif hisslər yaranır.
Bu həm təəccüb, xoşbəxtlik, qorxu, sevinc, özünüitirmə və s. kimi emosiya və hallar baş ola bilər.
Bütün bu hisslər eyni anda baş verir və qadının beynini qarışdırır.Emosiyalar düyünləndikdə isə, ilk olaraq ağıla gələn ilk sual bu olur – nə etməliyəm ?
Əgər sizin hamilə olduğunuz həkim tərəfindən təsdiq olunmayıbsa hələ qərar vermək tezdir.Dəqiq diaqnostika gecikmənin yalnız 3- cü həftəsində , USM – də həkim tərəfindən tam diaqnoz qoyduqdan sonra dəqiqləşdirilə bilər.
Yalnız test vasitəsilə hamiləlikdən əmin olmaq düzgün deyil.Yadınızda saxlayın ki, testlər çox zaman yanlış nəticə göstərir, xüsusilə də əgər qadın hormonal dərmanlar qəbul edirsə.
Gecikmənin özü belə orqanizmdə hormonal pozğunluq səbəbilə yarana bilər.
Axı nə üçün mən hamilə qalmaqdan qorxuram ?
Qadınların bu qorxusunun səbəblərini araşdırmağa çalışaq :
- Tərəf müqabilinə olan güvənsizliyiniz ( tək ana olmaqdan qorxu hissi ) - əgər sizin əlaqədə olduğunuz şəxs güvənli, məsuliyyətli, şuürlu və yaxşı insandırsa ana olmaqdan çəkinməyin, çünki bu cür insan öz övladının qeydinə qala bilər.Əgər yox, sadaladığımız keyfiyyətlər həmin şəxsdə yoxdursa, o zaman elə bir şəxsin ata olmağındansa, uşağın tamamailə atasız böyüməsi daha yaxşıdır.
- Maliyyə aspekti – bildiyimiz kimi, dövlət tərəfindən uşaq üçün maliyyə yardımı mövcuddur.Xüsusilə də əgər siz işləyirsinizsə, işdən sizin üçün dekret pulu da ayrılacaqdır.
- Yaş problemi – bu ən geniş yayılmış problemlərdən biridir.Gələcək atanın yaxud da ki, ananın yaşının az və ya çox olması bir çox narahatçılıqlar yarada bilər.Çünki yaşı çox olan ata və ana üçün valideyn olmaq artıq maraqlı olmur.Yaşı az olan cütlüklər isə bu vəziyyətə nə şüurlu, nə də ciddi baxımdan düzgün yanaşmırlar.