Hamiləlik Zamanı Necə Yatmaq Lazımdır ?
Aile.fenomen.az saytı hamilələr üçün sağlamlıq xəbərləri bölüşməyə davam edir.
Hər kəsin bildiyi kimi, hamiləlik zamanı ananın orqanizmi yüksək gərginlik içərisində olur və bu gərginliyin aradan qaldırılması, itirilmiş qüvvənin yenidən bərpası üçün hamilə qadın yuxusunu tam və gözəl şəkildə almalıdır.
Bu zaman ən önəmli faktor isə, yuxunun neçə saat alınması yox, prosesin özünün doğru olub olmamasıdır.Bu məsələdə hamiləni ən çox narahat edən sual o olur ki, yatdığı zaman rahatsızlıq hissi nə ananın özünə, nə də körpəyə mane olmasın.
Hamiləlik dövründə yuxunu tam ala bilmək məsələsi çətin olur.Çünki, qadın ayaqyoluna tez – tez getməli olur, orqanizmində ürəkbulanma və yanma kimi narahatlıqlar baş qaldırır.Qadın böyüməkdə olan sinəsində ağrılar hiss etməyə başlayır və əlbəttə ki, ana bətni də günü – gündən böyüməkdə olur.Əslində isə gələcəkdə ana olmağa hazırlaşan qadın yalnız adət etdiyi tərzdə qidadan, geyimdən deyil, həmçinin yuxunun da fəqli olması halına hazır olmalıdır.
Normal şəkildə 8 – 9 saatlıq yuxunu təmin etmək üçün hamilə qadın hər gün rejimini dəyişmədən eyni saatlarda yatmalı və eyni saatlarda yuxudan oyanmalıdır.Bu zaman isə diqqət yetirilməli fakt odur ki, yatmağa bir az qalmış ana nə çox maye qəbul etməli, nə də qədərindən artıq yeməlidir.
Bundan da başqa, mütəmadi olaraq təmiz havada gəzintiləri də unutmaq olmaz.Yatağına uzandığı vaxt, hamilənin geyindiyi gecə geyimi də çox rahat və isti olmalıdır.Çünki, adi soyuqlama belə anaya və körpəyə ciddi problemlər yarada bilər.
Gözəl və möhkəm yuxuya gedən yollardan biri də xüsusi olaraq hamilələr üçün nəzərdə tutulmuş idman hərəkətlərinin yerinə yetirilməsidir.Gimnastik hərəkətlərinizi bir qayda olaraq səhərlər yerinə yetirin, axşamlar isə həzin və sevdiyiniz musiqiyə qulaq asmaqla özünüzü dincəldə bilərsiniz.
Hamiləlik zamanı aydındır ki, qarın üstə yatmaq məsləhətli deyil.Buna görə də çox zaman hamilələr beli üstə düz istiqamətdə yatmağa çalışırlar, lakin unutmamalıyıq ki, uzunmüddətli bu cür yatış tərzi onurğanın aşağı hissəsinin ağrıma və incinməsinə səbəb ola bilər.Buna görə də, hamiləlik zamanı analar özlərini və körpələrini rahat etmək üçün yaxşı olar ki, növbəli şəkildə beli üstə düz istiqamətdə, daha sora sol tərəfi üstə, sonra isə sağ tərəfi üstə yatmağa çalışsınlar.