Xorultudan Necə Azad Olmaq OLAR ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Böyüklərdə və uşqlarda xorultunun yaranma səbəbləri hansılardır ?
Çox zaman xorultudan daha çox kişilər - daha doğru desək onların xanımları əziyyət çəkir.Hətta bu təbii problem səbəbindən ayrılan ailələrin də sayı az deyil.Bəs belə bir vəziyyətdə nə etmək olar ?Əvvəla, bu narahatlığı yaradan səbəbləri tapıb araşdırmaq lazımdır.
Kişilərin xoruldamasının səbəbləri
Bunun səbəbləri müxtəlif ola bilər :
- artıq çəki ;
- burunda çəpər əyriliyinin olması ;
- spirtli içki və siqaretdən istifadə ;
- burun axıntısı ;
- erək xəstəlikləri ;
- poliplər ;
- burun yollarında olan şişlər
Bəzən insanlar çiyinləri üzərində yatarkən xoruldamağa başlayırlar.Belə formada yatan zaman dil aşağı düşür və boğazı örtür.Bu da normal hava dövretməsinin qarşısını alır ki, nəticədə də yuxu zamanı müxtəlif səslərin xarakterizə olunur.Bəzən xorultunun olmaması üçün sadəcə bir yanı üstə yatmaq kifayət edir.
Xorultudan azad olmaq üçün bir neçə məsləhətlər də mövcuddur :
Yatmağa 30 dəqiqə qalmış spirtli içkilər və siqaretdən uzaq durun.Spirtli içki hətta xorultusu olmayan şəxsdə belə bu problemi oyadır.Siqaret isə boğazın suyunu qurudur ki, bu da xorultuya səbəb olur.
Çəkinizə nəzarət edin.Artıq piy qatları da yuxu zamanı nəfəsalma prosesinin pozulmasına səbəbdir.
Evinizdə olan ev heyvanlarınız da xorultuya səbəb kimi göstərilir.Belə ki, ev heyvanlarından tökülən kiçik tüklər də xorultunun yaranmasına şərait yaradır.
Yatdığınız otağın havası olduqca önəmlidir.Otaq normal temperaturlu, havalandırılmış olmalıdır.