Vicdan Əzabından Necə Azad OLMAQ OLAR ? 5 QIZIL MƏSLƏHƏT

loading...

Vicdan Əzabından Necə Azad OLMAQ OLAR ? 5 QIZIL MƏSLƏHƏT

 
 
Aile.fenomen.az saytı məlumat verir ki, 

1. Əvvəla, bu hissin sizdə hansı səbəblə yaranmasını araşdırmaq lazımdır.Bu məsələ üzərində yaxşı - yaxşı düşünün, həqiqətən günahınızın olub - olmadığını götür - qoy edin.Yalnız bu suala özünüz - özünüzlə səmimi şəkildə söhbət etdikdən sonra cavab tapa bilərsiniz.

2. Yaxşı düşündükdən sonra əgər bu məsələdə həqiqətən güahkarsınızsa, siz günahkarlıq hissinin sizdən getməsinin və vicdanınızın rahat olması üçün bir neçə şeylər etməlisiniz.İlk olaraq, səhvinizi qəbul etməli, incitdiyiniz şəxsdən üzr istəməlisiniz. Bunu etdikdən sonra sizin çiyninizdəki ağır yük bir qədər yüngülləşəcək.Əgər bu şəxs ya uzaqdadırsa, ya da dünyasını dəyişibsə xəyalən səmimi şəkildə peşman olduğunuzu qəbul edin və səmimi qəlbdən üzr istəyin.

3. Əgər bu məsələni özünüz həll edə bilmirsinizsə, bununla bağlı kiməsə müraciət etmək lazımdır.Sizin üçün dəyərli və əziz olan bir kəsə ürəyinizi boşaldın və bütün sözlərinizi və hiss etdiklərinizi ona söyləyin.Bütün yığılan emosiyalarınızı, hiss və həyəcanlarınızı boşaldın, ağlamaq istədiyiniz zaman ağlayın, yüngülləyənə kimi söhbət edin.

4. Bəzən də elə zamanlar olur ki, içinizdə hiss etdiklərinizi və yaşadıqlarınızı heç kimsə ilə bölüşmək istəmirsiniz.Belə vəziyyətdə sizin ən yaxşı köməkçiniz ya gündəlik, ya da hər hansı bir boş kağız vərəq və qələm olacaq.Həmin vərəqə hiss etdiyiniz, narahat olduğunuz səbəbi, nə üçün özünüzü günahkar hesab etdiyinizi, vicdan əzabı çəkdiyinizi və əslində vəziyyətin necə olmasını səmimi şəkildə etiraf edib yazın.Yazdıqlarınız bitdikdən sonra onu bir daha oxuyun.Onu oxuduqca emosiyalarınız qayıdacaq və canlanacaq.Bu zaman siz qışqıra, ağlaya və hətta əsəbləşə də bilərsiniz.Bundan qorxub çəkinmək lazım deyil.Məqsəd mənəvi cəhətdən yüngülləməkdir.Bu proseduru yerinə yetirdikdən sonra həmin kağızı keçmişiniz kimi cırıb yaxud da yandırıb onu geridə qoya bilərsiniz.

5.Keçmişdən, etdiklərinizdən dərs çıxarmağa çalışın.Olanlara diqqət yetirin və gələcəkdə eyni səhvləri təkrarlamamağa çalışın.Ən pis halda isə siz artıq belə bir halın bir daha təkrarlanacağı təqdirdə sizi nələrin gözləyəcəyini bilirsiniz.
Sonda isə bunu əlavə etmək lazımdır ki, çalışın ki, hər etdiyiniz işdən sonra özünüzə bəraət qazandırmayasınız.Həm özünüzün qarşısında, həm də başqalarının qarşısında.Məhz bu xarakter güahkarlıq və vicdan əzabı çəkmə hisslərinin yaranmasına səbəb olur.
Bu məsləhətimizi sadəcə özünüz üçün kiçik bir qeyd kimi götürün.




loading...
Oxşar xəbərlər