Qarşınızdakı Şəxsi İncitmədən Necə YOX Demək OLAR ?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Hər nə qədər güclü olsa da bir şəxs hər kəsə kömək edə və vaxt ayıra bilməz.Elə buna görə də hətta ən yaxın insalara belə ya obyektiv səbəblərdən, ya da ki, elə öz istəyimizlə rədd cavab verməli oluruq." Yox " - cavabı vermək normal haldır.Lakin bu cavabı elə demək lazımdır ki, sonradan vicda əzabı çəkmək kimi problemlər olmasın.
Əgər siz də belə hallarla rastlaşırsınızsa, bu yolda 5 üsulla sizə kömək göstərməyə çalışacağıq.
1. Başqa alternativlər təklif edin.
Əgər qarşınızdakı şəxs sizə hər hansı bir təklif, xahişlə müraciət edirsə və siz də onun dediklərini etmək istəmir və yox deyəcəyiniz cavabla onu incitməyinizdə qorxursunuzsa, çıxış yollarından biri də aona alternativ - yəni başqa çıxış yolu, başqa bir kimsə tapmağı təklif edin.Belə olan halda, həm qarşınızdakı şəxsin qəlbini qırmaz, həm də problemin çıxış yolunu tapa bilərsiniz.
2. Onu anlayıb başa düşdüyünüzü deyin.
Qarşınızdakı şəxsə yox cavabı verib onun emosional, incikli reaksiyasından çəkinirsinizsə, öz nitqinizə başlamazdan əvvəl : "Mən səni anlayıram" yaxud da " Təəssüf edirəm " kimi müsbət ruhlu cümlələrlə başlaya bilərsiniz.Bu sözləri bitirdikdən sonra isə " amma " sözünü deyin və nitqinizə rədd cavabla davam edin.Belə olan halda siz qarşınızdakı insana onun problemlərini anladığınızı və eyni zamanda da çarəsiz olduğunuzu və əlinizdən heç bir şey gəlmədiyini izah etmiş olursunuz.
3. Sizə xahiş edən şəxsi motivasiya edin.
Bəzi insanlar ətrafdakılardan öz problemini özü həll edə bilməyəcəyi üçün deyil, özünə güvənmədiyi və hər zaman məsuliyyətdən qaçdığı üçün başqalarıa müraciət edir.Belə olan halda isə belə şəxsləri sadəcə həvəsləndirmək və özünə olan güvənc hissini bərpa etməyə yardım etmək lazımdır.
4. Növbəti dəfə kömək etməyi təklif edin.
Sizdən yardım və kömək gözləyən şəxsi incitməkdən və qəlbini qırmaqdan çəkinirsinizsə, ən yaxşı çıxış yollarından biri də növbəti səfərdə ona yardım edəcəyinizi söyləmənizdir.
loading...