loading...
loading...

Qadınların Bədən Dili - Onlar Hansı Hərəkətləri İlə Nə Demək İstəyir ?

loading...

Qadınların Bədən Dili - Onlar Hansı Hərəkətləri İlə Nə Demək İstəyir ?

 
 
Aile.fenomen.az saytı xəbər verir ki,

Əgər bir qadın bir kişini xoşlayıbsa, o özü belə bunu fərq etmədən özünü büruzə verəcək.Bütün bu büruzələr də əlbəttə ki, qadınların bədən jestikulyasiyasının ortaya çıxmasına şərait yaradacaq.Bir qadının sizə necə münasibətdə olmasını anlamaq istəyirsinizsə, onun bədən dili və jestlərinə diqqət edin.

Kişilərdən fərqli olaraq qadınların əks cinsə qarşı olan maraqlarını onların bədən dilləri vasitəsilə 50 - yə yaxın yolu var.Bu jestlərdən ən məşhurlarının açmalarınıı bu gün sizinlə bölüşəcəyik.

1. Saçları ilə oynayır
Kişinin diqqətini özünə cəlb etməsi üçün qadının etdiyi ilk hərəkət saçlarına toxunmasıdır.Qadın asta və incə şəkildə saçlarını düzəldərkən əks cinsin ona baxarkən əllərinə və saçlarına fikir verməsini və onda özünə qarşı maraq hissi yaratmaq istəyi yaranır.Əgər qarşınızda oturan qadın bir qayda olaraq saçları ilə oyanayır və onları tez - tez bir tərəfdən digər tərəfə çevirirsə, deməli bu qadın sizdə özünə qarşı maraq oyatmaq istəyir.

2. Boynunu açır
Qadınlar çox zaman başlarını dala, yaxud da bir tərəf üzrə ataraq boyunlarını açırlar.Belə edərək o öz gözəlliyi və dərisinin gözəlliyi barədə xəbər vermək istəyir.Çox zaman isə diqqət cəlbetmək istəyərkən o incə şəkildə əlllərini boynuna tərəf aparır.

3. Dodaqlarını yalayır
Bədənimizin ən həssas yeri dodaqlarımızdır desək yəqin ki, yanılmarıq.Məhz qadınla kişi arasında söhbət gedərkən də bütün diqqət dodaqlara yönəlir.Söhbət zamanı dodaqların yalanması, dişlənməsi, sıxılması...Əziz bəylər, bunlar hamısı qarşınızdakı gözəl cinsin nümayəndəsinin sizə qarşı boş olmadığının xəbərçisidir.

4. Bədənini sizə tərəf yönəldir
Əgər münasibət və söhbət zamanı qadın asta şəkildə bədənini və ayaqlarını sizə tərəf yönəldirsə, bu o deməkdir ki, siz doğru yoldasınız və sükanı belə saxlamaq və davam etmək lazımdır.

 

loading...
Oxşar xəbərlər