KİŞİNİN ÜRƏYİNƏ YOL MƏDƏSİNDƏN KEÇİR?!
Aile.fenomen.az saytı sizinlə maraqlı xəbər bölüşəcək.
" Kişinin ürəyinə yol mədəsindən keçir " bu deyim doğurdan da hər birimizə tanışdır.Bu deyimə inansaq, belə çıxır ki, hər kişini yedizdirdikdən sonra onda bizə qarşı sevgi hissi yüksələcəkmi?Bu deyim doğrudurmu?
Əlbəttə ki, bu kəlmələrdə həqiqət payı haradasa mümkündür, çünki sirr deyil ki, hər kişi gözəl, zövqlü və dadllı yemək yeməyi sevir.
Ən əsası yadda saxlayın ki, sevimli kişi işdən evə uçaraq tələsməlidir ki, onun sevdiyi qadın növbəti kulinar bacarıqları ilə onu sevindirəcək.Əks təqdirdə isə, kişi evə deyil başqa yerə getməyə çalışacaq, dostları ilə daha çox vaxt keçirməyə çalışacaq.
Əlbəttə ki, tək dadlı yeməklə yetinmək olmaz.Əgər qadın əsəbi, deyingən, anlayış göstərməyən xarakterə sahibdirsə, onu yemək bişirə bilmə bacarığı tərəf müqabili ilə baş verəcək problemlərdən qoruya bilməz.Ona görə də çalışmaq lazımdır ki, hər şey komplekt şəkildə olsun.
Öz sevimli yoldaşımızı necə razı sala bilərik ?
- İlk olaraq ərinizin nələri sevməsi haqqında araşdırma aparın.Bu onun valideynləri və dostları ola bilər.
- Onun qətiyyən sevmədiyi qidaları menyunuzdan birdəfəlik çıxarın..
- İndi isə tam əksinə, sevdiyi qidaları yazın yaxud da ki, yadınızda saxlamağa çalışın.Onun bütün istəklərini bilsəniz,məsələn kefi olmayan zaman onun hansı yemək üçün " ürəyi getdiyini” bilsəniz onun əhvalını bişirdiyiniz yemək belə yerinə gətirə bilər.
- Unutmayın ki, yoldaşınız sizin masanıza oturduğu zaman yeməkdən sonra ona tam doyum hissi olmalıdır ki, o özünü yaxşı hiss etsin.Yoldaşınızın masadan ac qalxması həm sizin, həm də onun əhvalına öz mənfi təsirini edəcək.
- Yeməyi masaya olduğu kimi və gözəl şəkildə bəzədilib verilməsi arasında inanın ki, çox böyük fərq var.Çalışın ki, yeməyiniz hər zaman zövqlü görünsün.
- Yarımfabrikat yeməklərdən mümkün qədər uzaq durun.Çünki heç bir kişi öz evində, xanımı tərəfindən tezbazar hazır edilmiş yarımfabrikant yeməyi yemək istəməz.