Sevgilinizin görüşünə bu güllərlə gedin - bürclərin sevdiyi çiçəklər
Əllərinizdə çiçəklər, sevgilinizin qapısında islaq qalmayın. Yazını oxuyun və hansı bürcün ürəyinə hansı çiçəklə girməyin yolunu dərhal öyrənin. Aile.lent.az bürclərin sevdiyi çiçəkləri təqdim edir. Qoç: Qoç bürcü tez əsəbiləşən və inadçı bir quruluşa malikdir. Amma qorxmayın, əgər ürəyini qırdınızsa, inadını da qırmanın yolu var. Qoç bürcü qadınları gözəl ətirli çiçəklərdən xoşhal olur. Xüsusilə yasəmənlərlə qapısını döysəniz, yelkənləri dərhal suya endirəcək. Buğa: Buğa qadının ürəyinə gedən yol mədəsindən keçir. Əgər buğa bürcündən olan bir qadınla axşam yeməyinə gedirsinizsə, əlləriniz boş olmasın. Buğa qadını parlayan çiçəkləri xoşlayır. Hələ lalələrlə qarşısına çıxsanız, axşam yeməyinizin çox xoş əhval-ruhiyyə ilə keçəcəyini söyləyə bilərik. Əkizlər: Əkizlər bürcünün qadınları intellektual qadınlardır. Bu qadınla getdiyiniz toplantı və ya bir klassik musiqi konsertindən əvvəl möcüzə dolu vaxt keçirə bilərsiniz. Bu görüşü də bir mimoza ilə taclandırsanız, gözlərindən yağan xoşbəxtliyi rahatlıqla oxuya bilərsiniz. Xərçəng: Xərçəng qadınları evinə və ailəsinə çox bağlıdır. Əgər xərçəng bürcü qadını sizi ailəsiylə evdə axşam yeməyinə dəvət edirsə, demək, sizi tanımağına çox məmnun olub. Lakin əliniz boş gedə bilməzsiniz, dərhal gözəl bir Aralıq dənizi laləsindən çələng hazırlatdırın və xərçəng qadınının könülündə bir dəfəlik taxt qurun. Şir: Şir qadının əzizlənməkdən xoşu gəlir. Hər hansı bir gün hər hansı bir yerdə qarşısına orxideya ilə çıxıb sürpriz edin. Orxideyalar çox dayanıqlı çiçəklərdir, beləcə, nə qədər dayanıqlı olduğunuza dair bir mesaj da vermiş olarsınız. Qız: Qız bürcünün qadınları çox detalçı və vasvasıdır. Hər şeyi asanlıqla bəyənməz, ta ki əlinizdə yasəmən görənə qədər. Yasəmənin gözəlliyi onları məst edəcək. Tərəzi: Tərəzi qadınları ədaləti təmsil edir. Lakin hərdən xasiyyətsiz ola bilərlər. Bu inadı tez keçsin deyə dərhal ən yaxın gül mağazasına qaçıb çəhrayı güllər alın və sevgilinizə romantik bir çələng hazırlayın. Daha sonra da hörmət əlaməti olaraq onu bir müddət tək buraxın. O zaman əvvəlki mələk olduğunu görəcəksiniz. Əqrəb: Eşq və ehtiras... Həyatı əksərən seriallardakı həyatları xatırladan əqrəblərin ürəyinə doqquzdon çiçəkləri ilə girə bilərsiniz. Doqquzdon qoxusunun çox olduğu bir yerdə görüşüb, hisslərinizi əqrəb xanımlara bildirə bilərsiniz. Oxatan: Zodiakın hiperaktiv üzvü olan oxatan bürcü səyahət etməyi çox sevir. Yerində dayana bilmir və macəradan macəraya qaçır. Bu macəraya ortaq olmaq üçün zambaqlar sizə çox kömək olacaq. Oxatan bürcü qadınları zambaqları çox sevir. Oğlaq: Oğlaq qadınları duyğularını gizlətməyi sevir və utancaq ola bilərlər. Əgər sizə qarşı nə hiss etdiyinə əmin deyilsinizsə, bir məxmər çiçəyi alın, qapısını döyün və eşqinizi elan edin. Qəfil boynunuza sarıldığını görəcəksiniz. Dolça: Dolça qadınları çox dayanıqlı və dəqiqdir. Lakin kaprizini ən yaxınları çəkir. Kapriz deyərkən sizi bezdirmələri nəzərdə tutulmur, bunu şirin-şirin edirlər. Belə zamanlarda ona ən çox xitab edən nərgizgülü olar. Balıq: Mərhəmət abidəsi olan balıq bürcündən olan qadını məyus etsəniz də, sizi bağışlamaq üçün özünü razı salacaq. Lakin bağışlaması etdiyinizi unudacağı mənasını verməz. Bu səbəbdən də əgər onu incitmisinizsə, ağ güllərlə bəzədilmiş romantik bir axşam yeməyi ilə onu razı sala biləcəksiniz.